"3-cü dünya müharibəsinin işartıları var"-Açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 22:38 15.04.2024

"İranın İsrailə hücümü dünyada baş verən siyasi gərginliyi daha da artırdı".

 

Bu sözləri "İnformator.az"a açıqlamasın da politoloq Tofiq Abbasov bildirib ki, siyasi proseslərin gərginləşməsinin səbəbi böyük qüvvələrin dağıdıcı mövqe tutmasıdır, onlar özlərinə son dərəcə inanır, digərlərini çox zəif bilirlər: 

 

"Qərb kollektivi təxribatlara çalışır ki, müxtəlif bölgələrdə gərginlik yaratsın. Cənubi Qafqaz bölgəsində post-müharibə reallıqların da Azərbaycan sabitləşdirici addımlar atır, amma Amerika, Fransa bölgədə yenidən gərginlik yaratmağa çalışırlar. Onların məqsədi Azərbaycan-Ermənistan arasında müharibə vəziyyəti yaratmaq və Türkiyəni qərb ilə üzbəüz qoymaqdır. Onların arzusu bölgədə qlobal çaxnaşma salmaqdır. Onların istəklərinə razı olmayanlar onlar üçün düşmən hesab edilir".

 

Politoloqun sözlərinə görə, Azərbaycan özünə məxsus nümunə göstərir və "yox" deməyi bacarır:

 

"Prezident İlham Əliyev bir neçə dəfə onların dağıdıcı səylərinin qarşısını alıb. Bölgədə Avropa İttifaqının müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı Azərbaycanın sərt mövqeyi onları iflasa uğratdı. Siyasi gərginliklər qloballaşır. İran-İsrail arasında olan müharibənin qarşısı alınmalıdır. İran böyük potensialı malik, həmçinin İsrail böyük texnoloji imkanlara sahib olan ölkədir. 3-cü dünya müharibəsinin işartıları var. Dünyada 10-a yaxın müxtəlif bölgələrdə münaqişəli ocaqlar var. Onlar qığılcıma çevrilə bilərlər ki, bu da böyük alovun ortaya çıxmasına səbəb ola bilər".

 

 

Asiman Hafizqızı