Təhlükə saçan çörək zavodları: Antisanitariya yoxsa məsuliyyətsizlik? -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:27 18.04.2024

Günümüzdə çörək zavodlarında sanitar qaydalarının pozulması hallarına tez-tez rast gəlinir. Un məmulatlarının, xüsusilə də çörəyin içindən kənar cisimlər çıxır.

 

Bəs bunun səbəbi nədir? Zavodlardakı anti-sanitar halların qarşısını almaq üçün hansı addımlar atılır?

 

Sözü gedən məsələylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "İnformator.az"a açıqlamasında bildirib ki, bu hal qətiyyən yolverilməzdir:

 

"Ofisimizə illər boyu bu haqda şikayətlər gəlib. Pirojkinin içindən insan tükünün, çörəyin içindən 5 sm uzunluğunda bolt, muncuq, hətta, insan dişinin çıxması halları ilə qarşılaşmışıq. Ümumiyyətlə, bir ərzağın içindən kənar cisim çıxırsa, deməli, orda anti-sanitar vəziyyət hökm sürür. Çörəyin bişirilməsində texnikanın rolu böyükdür, əl əməyi azdır. Bunun üçün də, bəzən çörəyin içində metal hissəciklərinə rast gəlinir. Bəzi çörək bişirmə zavodlarında unun içində olan metal hissələrini tutmaq üçün xüsusi avadanlıqlardan istifadə olunur. Məsələn, bəzi çörək zavodlarında dəyirmandan gələn un müəyyən mexaniki qurğudan keçir. Nəticədə unun içində metal hissəcikləri maqnitlərə yapışır.

 

Təssüflər olsun ki, belə hallara hələ də rast gəlirik. Bu zaman Qida Təhlükəsizliyi Agentliyinə xəbər verilməli, həmin yerlərdə monitorinq keçirilməlidir".

 

İlahə Həsənova