WhatsApp: 'On milyonlarla insan' mesajlaşma tətbiqinə gizli şəkildə daxil olur

Bölmə: Maraqlı › ,
Tarix: 23:04 01.05.2024

WhatsApp meneceri Will Cathcart, mobil tətbiqin qadağan olunduğu ölkələrdə "on milyonlarla insanın" müvəqqəti texniki həllər ilə WhatsApp-a gizli şəkildə daxil olduğunu söylədi.

 

Bir çox Qərb mobil tətbiqləri kimi WhatsApp İran, Şimali Koreya və Suriyada qadağan edilib. Nəhayət, ötən ay WhatsApp-ın qadağan olunduğu ölkələr siyahısına Çin də əlavə edilib. Qətər, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkələr tətbiqdə səsli zəng kimi bəzi funksiyaları məhdudlaşdırır, lakin BBC-yə danışan Cathcart qeyd edib ki, WhatsApp öz istifadəçilərinin real yerini görə bilir. "Bizim əlimizdə "WhatsApp"dan istifadə edən insanlarla bağlı çoxlu sistemsiz məlumatlar var: "Bizim bloklandığımız bəzi ölkələrə nəzər saldıqda görürük ki, on milyonlarla insan hələ də WhatsApp-a qoşulur".

 

Mənbə: BBCNews

Aytac Kərimova