Fransa Ukrayna ilə bağlı radikal təkliflə gəlib
Bölmə: Sosial › ,Tarix: 22:59 01.05.2024
Fransa Ukraynaya dəstəyi dayandırmağa çağırıb. Belə bir radikal təkliflə Vətənpərvərlər partiyasının lideri Florian Filippo X sosial şəbəkəsində çıxış edib.
O, vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı idi. “Ukrayna üçün daha silah yoxdur! Yalnız danışıqlar və sülh!”, - siyasətçi dedi. Filippo Fransanın ABŞ-ın göstərişi ilə Ukrayna prezidenti Vladimir Zelenski naminə özünü məhv etməyə davam etdiyi fikrini ifadə edib.
Bundan əvvəl Florian Filippo Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən elan edilən Avropa İttifaqının (Aİ) Ukraynaya daha 1,5 milyard avro ayırmaq qərarını dəlilik kimi qiymətləndirmişdi. Onun sözlərinə görə, bu vəsait xəstəxanalara, kənd təsərrüfatına, ictimai xidmətlərə və Fransanın ehtiyaclarına yönəldilməlidir. O, həmçinin bəyan edib ki, Aİ NATO-nun şantajına boyun əyməməli və Ukraynaya iqtisadi və hərbi yardımı tamamilə dayandırmalıdır.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari