ABŞ-ın Ukraynaya yardımı ilə Adolf Hitlerin doğum günü...

Bölmə: Dünya › ,
Tarix: 21:22 22.04.2024

Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaqa deyib ki, ABŞ-ın Ukraynanı dəstəkləməsinin səbəbi onların ruslara nifrətidir. O, bu barədə öz Telegram kanalında müvafiq bəyanat yayıb.

 

“Bu gün onlar [ABŞ] hansısa humanist idealarla Ukraynaya milyardlarla pul göndərmirlər. Onlar ruslara nifrət edirlər, hamısı budur”, - slovakiyalı siyasətçi bildirib.

 

O, ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya yardım paketinin təsdiqlənməsi tarixinin Adolf Hitlerin doğum tarixi ilə üst-üstə düşdüyünü vurğulayıb.  

 

“ABŞ Konqresinin Ukraynaya hansı gündə 61 milyard dollar ayırdığını bilirsinizmi? 20 aprel. Adolf Hitlerin nə vaxt doğulduğunu bilirsinizmi? 20 aprel 1889-cu il” yazırdı.

 

Şənbə günü, aprelin 20-də Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib. 311 konqresmen Kiyevə yardım haqqında qanun layihəsinin qəbulunun lehinə, 112 konqresmen isə əleyhinə çıxış edib.

 

Mənbə: lenta.ru

Banuçiçək Kalbalıyeva