Ukraynaya növbəti yardım-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 23:17 03.05.2024
Böyük Britaniyanın xarici işlər naziri David Kemeron Britaniyanın Ukraynaya illik üç milyard funt-sterlinq hərbi yardım göstərəcəyini və bunun lazım olduğu müddətcə davam edəcəyini vəd edib.
Bəs Britaniyanın bu dəstəyi Rusiya-Ukrayna müharibəsinin gedişatına necə təsir göstərəcək ?
Məsələ ilə bağlı politoloq Cümşüd Nuriyev "informator.az"a açıqlama verib. O bildirib ki, Böyük Britaniya Xarici İşlər nazirinin belə bir məslə ilə çıxış etməsi əslində Rusiya-Ukrayna müharibəsinin vaxtının uzadılmasına xidmət edir.
"Böyük Britaniyanın Ukraynaya 1 ilə 3 milyard funt-sterlinq hərbi yardım göstərməsi heç də Ukraynanın müharibənin dava etdirə biləcəyinə bir işarə deyil. Çünki Ukraynaya daha çox hərbi yardım lazımdır. Hazırda Rusiya-Ukrayna müharibəsi bir növ biznes layihəsinə çevrilib. Kimisi burada özü üçün siyasi xal yığır, kimisi isə silah alveri ilə məşğul olur".
Politoloq Böyük Britaniyanın bu siyasətinin Rusiya-Birtaniya münasibətlərinə necə təsir göstərəcəyi ilə bağlı da danışıb:
"Rusiya-Böyük Britaniya münasibətlərinə gəldikdə isə bu iki dövlət arasında gərginlik uzun illərdir ki, öz aktuallığını qoruyur.
Hazırda Böyük Britaniyanın etdiyi bu yardımın məqsədi Rusiyanı sıxışdırmaqdır.
Amma Rusiyanın bu məsələlərin öhdəsindən gələ bilməyəcəyi inandırıcı da deyil.
Sadəcə olaraq, Böyük Britaniyanın bu addımı Rusiya-Ukrayna müharibəsinin vaxtının uzadılmasına imkan yaradacaq".
Mayıl Soltanov