Sahara tozu Afinada səmanı narıncı rəngə boyayır

Bölmə: Dünya › ,
Tarix: 20:41 24.04.2024

Bir müddətdir Afrikadakı Sahara səhrasından şimal-qərbə doğru hərəkət etməsi gözlənilən səhra tozunun bu həftənin əvvəlində Türkiyəyə çatmasından sonra çərşənbə günü Yunanıstanın paytaxtı Afinada səmanı narıncı rəngə boyadı. Şəhərin 2018-ci ildən bəri görülən ən şiddətli toz nəqliyyatını yaşadığı bildirilir.

 

"İnformator.az" xəbər verir ki, Liviya üzərindən Türkiyəyə təsir edən isti hava ilə birlikdə daşınan Sahara tozu çərşənbə axşamından etibarən Mərmərə və Egey bölgələrində kəskin şəkildə hiss olunur.

 

Liviyada aprelin 21-nə keçən gecədən etibarən hiss olunmağa başlayan 'səhra böhranı' səbəbiylə Derna və Əl-Bayda başda olmaqla şərqin bir çox şəhərində fövqəladə tədbirlər görülüb. Bazar ertəsi və çərşənbə axşamı günləri rəsmi tətil elan edilib.

 

Türkiyənin Meteorologiya Ümumi Müdirliyi (MGM) çərşənbə günü Ankara, Balıkəsir, Çanaqqala, İzmir, Konya və Muğla da daxil olmaqla Egey sahillərində və İç Anadoluda yerləşən 17 vilayət üçün sarı kod xəbərdarlığı edib.

 

MGM, Mərmərə, Egey, Qərbi Aralıq dənizi, Qərbi İç Anadolu və Qərbi Qara dənizdə toz daşınması səbəbiylə görmə qabiliyyətinin azalması, hava keyfiyyətinin azalması və nəqliyyatda aksamalar kimi neqativlərə qarşı diqqətli və tədbirli olmaq barədə xəbərdarlıq edib.

 

Cümə günündən etibarən Türkiyədə toz daşımalarının təsirini itirməsi gözlənilir.

 

Tozun daşınması zamanı tənəffüs xəstəlikləri olanlara açıq havada keçirdikləri vaxtı məhdudlaşdırmaq, qoruyucu maska taxmaq və toz buludları dağılana qədər açıq havada fiziki məşqlərdən qaçmaq tövsiyə olunur.

 

Türkiyədə aprelin əvvəlində Suriyadan daşınan səhra tozu xüsusilə şərq və cənub-şərqdəki şəhərlərə təsir edib.

 

Martın sonu və aprelin əvvəllərində İsveçrə və Cənubi Fransanın bəzi hissələrinə də təsir edən toz buludlarından sonra Yunanıstanın səması yenidən Sahara tozuna büründü.

 

Ölkənin bir çox yerində havanın keyfiyyəti azalarkən, Afinanın demək olar ki, hər nöqtəsindən görünən Akropol çərşənbə səhəri toz səbəbindən artıq görünmürdü.

 

Buludlar şimalda Salonikiyə qədər çatdı. Sahara səhrası hər il 60-200 milyon ton mineral toz buraxır.

 

Tozun böyük hissəsi yerə tez düşür, lakin kiçik hissəciklərin bəziləri böyük məsafələr qət edə, bəzən Avropaya çata bilir.

 

Yunanıstanda mövsümi normalardan yüksək temperaturla birlikdə boğucu oldu.

 

Son 24 saat ərzində ölkədə 25 meşə yanğını qeydə alınıb.

 

Aynur Babayeva