Tacikistan taciklərin hüquqlarının pozulmasına görə Rusiyaya etiraz edib

Bölmə: Dünya › ,
Tarix: 21:01 30.04.2024

Tacikistan Xarici İşlər Nazirliyi Rusiya səfirinə vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı nota təqdim edib.

 

Tacikistan Xarici İşlər Nazirliyi bazar ertəsi Rusiya Federasiyasının Tacikistandakı səfiri Semyon Qriqoryevə etiraz notası göndərdiyini açıqlayıb.

 

Bu sənəddə guya tez-tez baş verən neqativ münasibət, eləcə də tacik xalqının hüquq və azadlıqlarının sistematik şəkildə pozulması ilə bağlı narahatlıq ifadə edilir.

 

“Bu cür hərəkətlər müstəsna olaraq Tacikistan vətəndaşlarına şamil edilir ki, bu da Tacikistan-Rusiya münasibətlərinin ruhu və ənənələri ilə kökündən bir araya sığmır”, notanın mətnində deyilir.

 

Lakin Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bu pozuntuların konkret təfərrüatları açıqlanmayıb.

 

Mənbə:pravda.ru