"İnsanların zövqündən başqa həm də səviyyə məsələsi var"..-Qulu Məhərrəmli

Bölmə: Sosial › ,
Tarix: 20:10 17.05.2024

"Hazırda bizim tək televiziya verilişləri yox, həm də kütləvi tamaşalar, konsertlər və s. burada da bir tamaşalaşdırılmış epizodlar, əvvəlcədən düşünülmüş məqamlar ola bilər". Bu sözləri İnformator.az saytına konsertlərdə insanların etdiyi xoşagəlməz hərəkətlərlə bağlı Bakı Dövlət Universitetinin professoru, televiziya tənqidçisi Qulu Məhərrəmli açıqlamasında bildirib.

 

 

Q.Məhərrəmli qeyd edir:
"Musiqi məsələsi fərdi zövq və yanaşmadır. Kim hansı konsertdə özünü necə hiss edir, nədən kövrəlir, ağlayır, nə üçün özünü fəda edir və s. bunların hər biri fərqli yanaşma tələb edir. Hesab edirəm ki, bu insanların zövqündən başqa həm də səviyyə məsələsi var. Səviyyə məsələsini yaddan çıxarmalı deyilik. Mən bilmirəm, o konsertlər necə tərtib olunur, onun, ümumiyyətlə proqramına baxış var, ya yoxdur".

 

 

Tənqidçi musiqi sənəti missiyasından söz açır:
"Əlbəttə, bizim musiqi sənətinin əsas missiyası insanlarda zövq formalaşdırmaqdır. Əgər bu zövqü formalaşdıra bilmirsə, yəni aralıq mahnıları ilə auditoriyanı oynadasan, onu başqa bir şəklə salasan və s. bu peşəkar musiqinin işi deyil. Qaldı ki, tanınan ya tanınmayan müğənninin konsertində ağlaşma qurmaq, özlərini hər hansı bir şəklə salmaq kimi hallar məni inandırmır. Ola bilər, kimsə səmimi şəkildə gözyaşı tökür, kövrəlir. Ehtimal edirəm ki, bu ağlaşmaları bir çoxu da qurma səhnələr ola bilər. Reallıqda necə olmağını isə yerində müşahidə etdikdə dəqiq qiymət vermək olar".

 

Çinarə Muradova