Mask: "Ukraynada münaqişə heç vaxt bitməyəcək"

Bölmə: Dünya › ,
Tarix: 21:53 30.04.2024

Amerikalı sahibkar, SpaceX-in yaradıcısı İlon Mask Ukrayna ilə ABŞ arasında mümkün sazişin bağlanmasını şərh edib. Biznesmenin fikrincə, bu addım sonsuz münaqişəyə gətirib çıxara bilər, o, bu barədə X sosial şəbəkəsində yazıb.

 

“Sonsuz müharibə”, – Mask Kiyev və Vaşinqtonun bağlaya biləcəyi razılaşma haqqında yazıya cavab olaraq qeyd edib.

 

Daha əvvəl Mask bəyan edib ki, Ukraynadakı münaqişədə yeganə məsələ Odessanın Rusiya ordusu tərəfindən tutulmasıdır. O qeyd edib ki, belə planlar Moskvanın bəyan etdiyi siyasətdir.

 

Amerikalı iş adamı Kiyev və Vaşinqton arasında aparılan yeni danışıqları da şərh edib. O, X sosial şəbəkəsindəki səhifəsində yazıb ki, bu dəlilikdir və belə davam edərsə, Ukraynada münaqişə heç vaxt bitməyəcək.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva