Çin ABŞ- a cavab verib

Bölmə: Dünya › ,
Tarix: 22:03 30.04.2024

Vaşinqtonun Çinin istehsal gücü ilə bağlı narahatlığı həddindən artıq və əsassızdır. TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.

 

Çin Xarici İşlər Nazirliyinin rəsmisi "Həqiqətən həddindən artıq olan şey ABŞ-ın özünə şübhə ilə bağlı narahatlığı və ABŞ-ın Çinə böhtan atan müxtəlif bəyanatlarıdır" dedi.

 

Onun fikrincə, Birləşmiş Ştatlar Çinin inkişafını məhdudlaşdırmaq üçün bilərəkdən yalan nağıl yaradır. O əlavə edib ki, bu narahatlıqlar sağlam düşüncəyə və sənaye inkişafı qanunlarına ziddir.

 

Aprelin 26-da ABŞ dövlət katibi Antoni Blinkenin Çinə üç günlük səfəri başa çatıb. Səfər zamanı o, Çinin "artıq" istehsal gücü ilə bağlı narahatlıqlarını dilə gətirib və bunun qlobal iqtisadiyyata mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva