Şimali Polşada partlamamış hərbi sursatlara görə 2 minə yaxın insan təxliyə ediləcək

Bölmə: Dünya › ,
Tarix: 23:16 30.04.2024

Ölkə hökumətinin internet informasiya portalında yer alan məlumata görə, əvvəllər aşkar edilmiş partlamamış hərbi sursatların daşınması ilə əlaqədar Polşanın Pomeraniya Voyevodalığının bəzi yaşayış məntəqələrinin əhalisi evakuasiya ediləcək.

 

"İkinci Dünya Müharibəsinin partlamamış hərbi sursatları bazar ertəsi, aprelin 29-da çıxarılacaq", - veb portalda deyilir. 

"Təxliyyə aprelin 29-da səhər saat 06:00-dan (yerli vaxtla UTC 04:00) başlayacaq; Kazimierz, Debogorze və Debogorze-Wybudowanie şəhərlərində bəzi küçələr bağlanacaq", - məlumatda deyilir. Polşa mətbuatının məlumatına görə, iki min nəfər təxliyə ediləcək.

 

Partlamamış hərbi sursat aprelin 25-də Kazimierzdə ticarət obyektinin yaxınlığında aşkarlanıb.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari