ABŞ noyabrın 1-dək Rusiya bankları ilə enerji ilə bağlı əməliyyatlara icazə verir

Bölmə: Dünya › ,
Tarix: 23:20 30.04.2024

ABŞ Maliyyə Nazirliyinin ümumi lisenziyasına əsasən, ABŞ səlahiyyətliləri ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya bankları ilə enerji ilə bağlı əməliyyatlar aparmaq səlahiyyətini 2024-cü il noyabrın 1-dək uzadıb.

 

Sənədə əsasən, sözügedən banklar arasında Rusiya Mərkəzi Bankı, VTB, Alfa Bank, Sberbank, Vneşekonombank, Otkrytiye, Sovkombank, Rosbank, Zenit və Sankt-Peterburq, habelə 50 faiz bu banklara məxsus qurumlar var.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari