BMT baş katibi İsrail və HƏMAS-ı Qəzzada atəşkəs sazişi imzalamağa çağırıb

Bölmə: Dünya › ,
Tarix: 23:24 30.04.2024

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş bəyan edib ki, o, dəfələrlə humanitar atəşkəs, bütün girovların azad edilməsi və humanitar yardımın həcminin əhəmiyyətli dərəcədə artırılmasına çağırıb.

 

“Mən İsrail hökumətini və HƏMAS rəhbərliyini indi atəşkəs haqqında razılığa gəlməyə qətiyyətlə təşviq edirəm”,- deyə, o, jurnalistlərə deyib.

 

O, ardıcıl olaraq “humanitar atəşkəsə, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsinə və humanitar yardımın həcminin əsaslı şəkildə artırılmasına” çağırdığını bildirib.

 

“Qorxuram ki, müharibə həm Qəzzada, həm də bölgədə bütün nəticələri ilə eksponent olaraq daha da pisləşəcək”,- o xəbərdarlıq edib.

 

Walla xəbər portalı daha əvvəl bildirmişdi ki, İsrail nümayəndə heyəti HƏMAS-ın Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı danışıqları davam etdirmək üçün aprelin 30-da Qahirəyə səfər edəcək.

 

CNN öz mənbələrinə istinadən bildirib ki, HƏMAS Misirin girovların azad edilməsi ilə bağlı yeni təklifini nəzərdən keçirir. Mənbələrin məlumatına görə, Misir regionda döyüş əməliyyatlarının dayandırılması müqabilində 33 girovu azad etməyi təklif edib.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari