Delo Qrup Terminalı 1 milyon ton taxıl emal edərək rekord qırıb

Bölmə: Dünya › ,
Tarix: 23:06 02.05.2024

Qrupun verdiyi açıqlamada Novorossiyskdəki Delo Qrup Terminalının 2024-cü ilin aprel ayında 1 milyon tondan çox taxıl emal edərək Rusiya rekordunu qırdığı bildirilib.

 

"Delo Qrupuna daxil olan KSK taxıl terminalı aprel ayında 1,03 milyon ton taxıl emal etməklə Rusiyada görünməmiş rekord qırıb. Ölkənin heç bir terminalı hələlik belə istehsal həcminə nail olmayıb", - məlumatda deyilir.

 

KSK-nın 900.010 ton taxıl emal etdiyi 2024-cü ilin fevral ayında əvvəlki aylıq rekordun qırıldığını bildirən qrup bütün 2023-cü ildə istehsal həcminin əvvəlki ilə nisbətən 37% artaraq 8,2 milyon tona çatdığını sözlərinə əlavə etdi.

 

Delo Group Rusiyanın nəqliyyat və logistika holdinqidir. Rusiyada dəniz konteyner daşımalarında və dəmir yolu daşımalarında, həmçinin dərin dəniz taxıl daşımalarında liderdir. Qrupun dəniz və daxili terminalları var. O, həmçinin öz gəmi donanmasını, eləcə də konteyner daşıyan vaqonlar və konteynerlər donanmasını idarə edir.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari