"Kiminsə qara PR-dan öz PR-ı kimi istifadə etməsi uğurlu variant deyil"-Vüqar Zifəroğlu
Bölmə: MEDİA › ,Tarix: 16:12 17.05.2024
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu İnformator.az saytına ictimaiyyətlə əlaqələr mövzusu ilə bağlı müsahibə verib.
1)Azərbaycandakı ictimaiyyətlə əlaqələr xidmətini necə qiymətləndirirsiz?
"İctimaiyyətlə əlaqələr xidmətinin qiymətləndirilməsi məsələsi ilə bağlı birmənalı fikir bildirmək çətindir. Çünki həmişə müzakirə olunur, bu mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ümumiyyətlə, ictimaiyyətlə əlaqələr sektoru maraqlı olduğu qədər də ağırdır. Kifayət qədər ciddi və böyük məsuliyyəti olan sahədir.
İctimaiyyətlə əlaqələr özü imicin idarə edilməsidir. İmicin idarə edilməsi özündə bir çox vacib komponentləri birləşdirir. Yalnız auditoriyaya müəyyən bilgiləri, məlumatları çatdırmaq deyil. Bu bütövlükdə kooperativ imicin idarə edilməsidir, bir menecment fəaliyyətidir. Ona görə də istənilən halda, istənilən müəssisənin, şirkətin onun ictimaiyyətlə əlaqələr sektoruna münasibət bildirmək subyektiv xarakter daşıyacaq. Təbii ki, őlkəmizdə ictimaiyyətlə əlaqələr sektorunda müəyyən boşluqlar var. Bu da ilk növbədə ictimaiyyətlə əlaqələrin tam mənası ilə nə olduğunu hələ də müəyyənləşdirə bilməməyimiz ilə bağlıdır. Məsələn, bizdə hələ də PR işini sivet dővrünün mətbuat xidmətinin fəaliyyəti ilə qarışdıranlar var. Halbuki, ictimaiyyətlə əlaqələr daha böyük və geniş mənanı ifadə edir. İctimaiyyətlə əlaqələr bizə hələki yenidir. Bu sahəni zaman keçdikcə tam şəkildə tətbiq edə biləcəyik".
2) İctimaiyyətlə əlaqələrin hansı qurumlarının fəaliyyəti sizin diqqətinizi çəkir?
"İlk nővbədə Xarici İşlər Nazirliyinin adını çəkə bilərəm. mətbuat xidmətini xüsusi vurğulamaq istəyirəm. Operativ reaksiyalar verilir. Eyni zamanda bu reaksiyalar, düşünürəm ki, kifayət qədər maraqlı və tək daxili auditoriya üçün yox, xarici auditoriya üçün də maraqlı qarşılanır.
Eyni zamanda Daxili İşlər Nazirliyinin mətbuat fəaliyyətini də nəzərə çatdırmaq istəyirəm. Sözün əsl mənasında sosial mediadakı aktivlik müsbət qarşılanmalıdır.
Asan Xidmətin ictimaiyyətlə əlaqələr sektorunun fəaliyyətini xüsusi vurğulamaq istəyərdim. Paylaşımları kifayət qədər spesifikdir. Maraqlı maarrifləndirmə proqramları həyata keçirirlər".
3) Əgər PR böhran vəziyyətdədirsə, buradan hansı yollar ilə çıxmaq olar?
"İctimaiyyətlə əlaqələrdə böhran vəziyyətinin idarə edilməsi mexanizmi var. Bu ilk növbədə böhran vəziyyətinin hansı növlərə bölünməsindən, sonrakı mərhələdə sinifləndirilməsindən irəli gəlir. Bu zaman ilkin, orta, son mərhələlərdə böhran vəziyyətinin idarə edilməsi ilə bağlı hansı addımlarım atılmasına diqqət yetirmək lazımdır. Böhran vəziyyətinin idarə edilməsinin özü ictimaiyyətlə əlaqələrdə ayrıca və çox önəmli istiqamətdir. Sizcə, niyə dünyada ictimaiyyətlə əlaqələr sektorunda çalışan mütəxəssislərə, PR şirkətlərinə həddən artıq böyük qonorarlar verilir? Bu ilk növbədə onların böhran vəziyyətinin idarə etmə hazırlıqlarından irəli gəlir. İstənilən şirkət, istənilən qurum hər hansı bir böhran vəziyyətindən sığortalanmayıb. Bu təbii haldır. Ortada bir iş, fəaliyyət varsa, böhran vəziyyəti də yarana bilər. Burada əsas məqam nə dərəcədə böhran vəziyyətini idarə edə, hətta bu vəziyyəti öz lehinə çevirə bilməkdən qaynaqlanır. Bütün bu məqamlara aydınlıq gətirən mütəxəssis PR-menecedir. Bu məsələləri idarə edə bilən struktur ictimaiyyətlə əlaqələrdir. Bu səbəbdəb ictimaiyyətlə əlaqələr müasir dövrdə ən çox çox tələbat hiss edilən sektorlardan biri hesab edilə bilər".
4) Deyirlər ki, qara PR-ın da özü PR-dır. Siz bu barədə nə düşünürsüz?
"PR-ın növləri çoxdur. Adı daha çox hallandığına gőrə qara PR məşhurdur. PR nővləri isə çoxdur: yaşıl, qəhvəyi, boz, sarı, viruslu, őzünü, sosial PR var.
Qara PR da bu nővlərdən biridir. Őzünəxas xûsusiyyətləri var. Ümumiyyətlə, PR-ın növləri arasında qara və boz PR daha çətin nővlər olur və bunların nəticələrini əvvəlcədən hesablamaq olmur. Buraya, xüsusilə, boz PR daxildir. PR-ın hansı növündə olursa, olsun "PR etikası" anlayışı var. PR əsla yalan sevmir. PR, ümumiyyətlə, yalan anlayışını qəbul etmir. Hansı növü olursa-olsun, burada yalnız həqiqətə söykənmək lazımdır. Buna görə də "PR etikası" qəbul olunmuş anlayışdır. Hesab edirəm ki, kiminsə qara PR-dan öz PR-ı kimi istifadə etməsi uğurlu variant deyil".
5) İnsanlar bəzi hallarda PR və reklamı eyniləşdirir. Bu barədə sizin fikirləriniz nədir?
"PR və reklam tamamilə fərqli anlayışlardır. İlk növbədə PR imicin idarə edilməsidir. Reklam isə hər hansı bir məhsulun satışına yönəlmiş təşviq kontenti hesab oluna bilər. PR, ümumiyyətlə, müddətsizdir. Reklamdan fərqli olaraq uzunmüddətli, davamlı, ardıcıl şəkildə həyata keçirilə bilər. Reklam isə müddətli, konkret, çərçivədədir. Bu mənada PR və reklamın fərqi çoxdur. Yeri gəlmişkən, qeyd edim ki, PR və marketinqin də kifayət qədər fərqi var və bu anlayışları qarıșdırmaq doğru deyil".
Çinarə Muradova