Macarıstan Özbəkistanda tikintisi planlaşdırılan atom elektrik stansiyası üçün mütəxəssislər hazırlayacaq

Bölmə: Dünya › ,
Tarix: 22:50 07.05.2024

Xarici işlər naziri Peter Szijjarto Daşkəndə səfəri zamanı verdiyi açıqlamada bildirib ki, Macarıstan Özbəkistanın Rusiyanın dövlət şirkəti Rosatom ilə atom elektrik stansiyasının tikintisi üçün müqavilə imzalayacağı təqdirdə, nüvə enerjisi sektoru üzrə mütəxəssislərin hazırlanmasında ona kömək edəcək.

 

Macarıstanın beynəlxalq kommunikasiyalar üzrə dövlət naziri Zoltan Kovacs X sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Macarıstan xarici işlər naziri Budapeştin yeni infrastruktur obyekti üçün soyutma sistemlərini də təmin edəcəyini bildirib.

 

Szijjarto, həmçinin iqtisadiyyatda ikitərəfli əlaqələrin inkişafının üstünlüklərini vurğuladı və Macarıstan və Özbəkistan şirkətlərinin qarşılıqlı investisiyaları 150 milyon dollara çatdırmağı planlaşdırdıqlarını qeyd etdi.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari