BMT baş katibi inauqurasiya ilə bağlı Putinə məktub göndərəcək-Sözçü

Bölmə: Dünya › ,
Tarix: 22:58 07.05.2024

BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiya liderinin andiçmə mərasimi münasibətilə Rusiya prezidenti Vladimir Putinə məktub göndərəcək.

 

O, TASS-ın sualına cavab olaraq deyib: “Yeni prezident vəzifəyə gələndə və ya yenidən vəzifəyə gələndə olduğu kimi, baş katib tərəfindən məktub göndəriləcək”.

 

Putin beşinci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. Yeni prezidentlik müddətinə start verən mərasim çərşənbə axşamı baş tutub. Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezident 87,28% səs toplayıb. Seçici fəallığı 77,44% təşkil edib ki, bu da Rusiyanın yaxın tarixində ən yüksək göstəricidir.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari