Xaricdə təhsil: Diplomlar nə dərəcədə tanınır?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 23:42 23.05.2024
Xaricdə ali təhsil alırsan, amma bitirdikdən sonra ölkədə diplomun təsdiqlənmir. Əslində yeni məsələ də deyil. Bir çox insan bu problemi yaşayır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi ölkəmizdə diplomların tanınması üzrə ən çox imtina alan xarici universitetlərin siyahısını da açıqlayıb. Maraqlısı odur ki, siyahıda daha çox bir neçə ölkə üstünlük təşkil edir. Amma deyilənə görə, burada məsələ universitetin hansı xarici ölkədə yerləşməsi də deyil.
Diplomun tanınması üçün əsas şərt ixtisasla bağlı biliklərə yiyələnməkdir. Ekspertlər deyir ki, həqiqətən oxuyan şəxs Dövlət İmtahan Mərkəzində imtahan verərək biliyi ilə sənədini təsdiqlədə bilir. Bundan başqa burada əyani və qiyabi təhsil məsələsi də rol oynayır.
((SOT ХР 00:00:00 NAME: ELŞƏN QAFAROV - Təhsil üzrə ekspert Elşən Qafarov bildirib ki, təhsili inkişaf etmiş ölkələrdə, yəni Qərb ölkələrində əyani təhsil və distant təhsil var:
"Bizim ölkəmizdə distant təhsil hələ ki, tanınmır. Ölkəmizdə də distant təhsil yoxdur. Və distant təhsil olmadığıan görə də distant təhsil alımış şəxslərin kvalikasiyaları, dərəcələri tanınmır. Əyani təhsil alanlarınsa, müəyyən şərtlər var. Onlar doğurdan da sərhədi keçmiş olmalıdılar, təhsil aldığı universitetin yerləşdiyi şəhərdə yaşamalıdılar. Və bunları təsdiq edən sənədlər təqdim etməlidirlər".
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin açıqladığı, diplomları tanınmayan xarici təhsil müəssisələrinin siyahısında daha çox Rusiya, Ukrayna və Gürcüstan universitetləri görünür. Azərbaycanda tələbə adını qazana bilməyən şəxs həmin təhsil ocaqlarına üz tutur. Mütəxəssislərin fikrincə o məktəblərə gedilməsinin əsas səbəbi qəbulun rahat olması, 4 il müddətində dərsdə iştirakla bağlı xüsusi tələblərin qoyulmamasıdır. Nəticə isə göz qabağındadır: diplom var, amma yoxdur".
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndinin sözlərinə görə, bura qəbul olmaq məsələsində atestatlar qəbul böyük rol oynayır:
"Biz nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsində hər iki ölkəyə əvvəlki kimi əcnəbi tələbələr gəlmir, yalnız Azərbaycan vətəndaşları gəlib təhsil ala bilirlər ona görə də maraqlıdılar ki, məhz ölkədə mövcud olan universitetlərini Azərbaycandan, Orta Asiya ölkələrindən olan tələbələrlə doldursunlar Və bu da təbii ki, hər zaman da qanuni qəbul proseduru deyil, qeyri-qanuni qəbul prosedurudur. Qeyri-qanuni qəbul olduğu üçün də onların diplomlarının ölkəmizdə tanınması qeyri-mümkündür".
Amma burada maraqlı bir məqam var. Hər il kifayət qədər məzun Türkiyə Universitetlərinə atestatla qəbul olur. Aralarında diplomları tanınmayan onlarla ali təhsil müəssisəsi var, amma tanınmayanlar siyahısında bu universitetlərin adları yoxdur.
Elçin Əfəndi əlavə edib ki, Türkiyə universitetlərinin yer almaması, əlbəttə, birbaşa onunla əlaqədardır ki, adları açıqlanan ölkələrlə onlarla faiz nisbətində türkiyə univeristetlərində say azlığı var:
"Yəni məsələn deyək ki, Türkiyə universitetlərində diplom imtinası geri qaytarılan 10-15 faiz təşkil edirsə, digərlərində bu daha çox faiz nisbətindədir. Ona görə də ən yüksək hardan diplom geri qaytarılırsa, imtina cavabı gəlirsə, məhz onlar agentlik tərəfindən açıqlanır".
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin idarə heyətinin sədri Tural Əhmədov bildirib ki, bu imtina faizi minimum 30 faiz və onun üzərində olan nəticəni nümayiş etdirir. Məsələn, bir A universitetinin qarşısında 70 faiz imtina göstərilirsə, bu o deməkdir ki, agentliyə edilən müraciətlərin nəticəsində məhz həmin ali təhsil müəssisəsi üzrə edilən müraciətin 70 faizi imtina ilə nəticələnib".
O da bildirildi ki, siyahı mütəmadi olaraq yenilənəcək. Agentlik diplomların təsdiqlənməsi ilə bağlı sonradan yaşana biləcək problemlərin qarşısını ala bilmək üçün vaxtında bu siyahıya göz gəzdirin deyir. Diplomun, yaxud təhsilin tanınmamasına əsas səbəblər isə dəyişmir - akkreditasiyasız ali təhsil müəssisəsini seçmək, həmin ölkənin ərazisində normal təhsil üçün lazım olan müddətdən az yaşamaq, dövlət nümunəli olmayandiplom təqdimatı və s.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.