Rəcəb Tayyib Ərdoğan Çanaqqala şəhidlərinin xatirəsinə şeir deyib
Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə tanıtım filmi hazırlanıb. Qqısa film prezident aparatı tərəfindən hazırlanıb.
Qısa video çarx Çanaqqala şəhidlərinin anımı və "Sən heç şühədanın (şəhidin) səsini duydunmu?" nidası ilə başlayır.
Daha sonra Çanaqqaladan, Kərkükə, Ədirnədən Qaziantepə kimi olan əsgərlərin səsləri eşidilir.
Namaz və azanla davam edən çarxda prezident Rəcəb Tayyib Ərdoğan özü "Dua" şeirini səsləndirib.
Tanıtım filmi türk bayrağı və Mustafa Kamal Atatürkün fotolarının da yer aldığı "Çanaqqala zəfərinin 100-cü ilində şəhid və qazilərimizi rəhmət və minnətlə anırıq" ifadəsi ilə bitir.