Məkkədə son illərin ən isti havası: Azərbaycanlı zəvvarların vəziyyəti necədir?-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 21:23 20.06.2024

İki gündür, Məkkədən ölüm xəbərləri gəlir. Şəhərdə son illərin ən isti havası müşahidə olunur. Bu il Azərbaycandan da ziyarətə gedən kifayət qədər insan var. Görəsən azərbaycanlı zəvvarların vəziyyəti necədir?

 

Hazırda Məkkədə 1500 -ə yaxın azərbaycanlı zəvvar var. Qafqaz Müsəlmanları İdarəsindən bildirildi ki, yerli səhiyyə qurumları temperaturun yüksək olacağı ilə bağlı ziyarətçilərə bir neçə gün öncədən xəbərdarlıq edib. Buna görə də azərbaycanlı zəvvarların qaldıqları ərazidə onların giriş-çıxış saatları nəzarətdə saxlanılır. 

 

((SOT ХР 00:00:00 NAME: SAMİD QULİYEV - Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev bildirib ki, hazırda zəvvarlarımız Məkkədədir:

 

"Bunun qaşısını almaq üçün hətta Səudiyyə Həcc Nazirliyi də saat 11-dən 4-ə qədər insanları açıq havada gəzməkdən çəkindirməyi tövsiyyə edib. Bu cür məlumat yayıb. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin öncül qrupu orda olan bütün qrup rəhbərlərini məlumatlandırıb ki, heç bir qrup rəhbəri öz qrupunu 11-dən 4-ə qədər, yəni günəşin daha çox isti olduğu dövrlərində açıq havaya çıxarmasınlar".

 

Məkkədə olan zəvvarlardan da öyrəndik ki, Azərbaycandan gedən ziyarətçilərin səhhətində indiyə qədər ciddi problem qeydə alınmayıb.

 

Azərbaycanlı zəvvar Ağasəid Yaqubov qeyd edib ki, müəyyən qədər hava şəraiti ilə əlaqədar sıxlıqlarımız oldu, lakin buna baxmayaraq zəvvarlarımız tab göstərə bildilər və bu istiliyə, bu hava şəraitinə dözə bildilər. Zəvvarlarımız heç bir səhhəd problemi yaşamadı və müəyyən sıxıntılarla bu günlərimizi keçirdik.

 

QMİ-nin Qazılar Şurasının üzvü Rauf Sərdarovun sözlərinə görə, burada imkan daxilində zəvvarlarımızın isti havadan qorunması üçün, onların dini ayinlərini yerinə yetirməsində müəyyən vaxtlar, yəni daha nisbətən sərin vaxtlarda getməsi, sərin sulardan istifadə etməsi, gün örtüklərindən istifadə etməsi üçün tövsiyələr verilib.

 

Zəvvarların bir neçə gündən sonra Mədinəyə səfəri gözlənilir. Oradan ilk zəvvar qrupu iyunun 26-da Azərbaycana qayıdacaq. Son məlumata görə, hazırda 1,8 milyondan çox zəvvarın olduğu Həcc ziyarətində istidən ölənlərin sayı 1000-i keçib. Ölənlərin 600-ə yaxını misirli zəvvardır. Ümumilikdə isə istidən dünyasını dəyişən zəvvarlar İordaniya, İndoneziya, İran, Seneqal və Tunis vətəndaşlarıdır. Zəvvarlar arasında itkin düşənlər də var. Səudiyyə Milli Meteorologiya Mərkəzi qarşıdakı günlərdə də havanın temperaturunun 50 dərəcədən yüksək olacağı barədə məlumat yayıb.