ABŞ tələbələr üçün viza qaydalarını sərtləşdirir

Bölmə: Sosial › ,
Tarix: 22:30 03.07.2025

ABŞ hökuməti xarici tələbələr üçün yeni viza qaydaları tətbiq edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, “F”, “M” və “J” vizaları üçün müraciət edən tələbələrin sosial media hesabları açıq olmalıdır. 

 

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "İnformator.az" a açıqlamasında bildirib ki, Amerikanın müvafiq orqanları tələbənin keçmiş fəaliyyətini, ideologiyasını siyasi baxışlarını artıq təhlil edə biləcək: 

 

"Bunun da müəyyən riskləri vardır. Yəni risklər odur ki, şəxsi məlumatların pozulması riski var. Burada sənin bütün şəxsi məlumatların şəkillərin, sənə aid olan şifrələr açıq olur. Ondan sonra kimlərə kontakt qurursan əlaqələrin, bunlar hamısı istənilən qurum və şəxs vasitəsilə əldə oluna bilər. Bu da artıq istər- istəməz tələbə üçün təhlükə mənbəyi ola bilər. Yəni, tələbəyə sui qəsd təşkil etmək olar. Onun bütün məlumatları ələ keçirirsə, yəni konkret olaraq bu tələbənin məxfiliyini və təhlükəsizliyini riskə ata bilər. Onlayn zorakılıq və izlənmə riski artıq sən açıq profillər sosial hücumları təbii ki, hədə qoruxları və bəzən siyasi təsirlərə səbəb ola bilər. Yəni, burada tələbə problem yaradır, burada senzura məsələsi, özünün ifadə azadlığı problemi yaranacaq. Yəni, ümumiyyətlə, bu tələbələrin fikir bildirmə azadlığını məhdudlaşdıra bilər. Həm də burada insanlar sadəcə viza ala bilmək üçün öz fikirlərini senzura edə bilərlər ki, bu da söz azadlığı prinsipinə ziddir. Sən viza al deyə digərləri Amerikanı pisləməsin və yaxud da Amerika siyasətini dəstəkləsin bir vizaya görə ideoloji baxış bucağını Amerikaya uyğunlaşdırırsan".

 

O həmçinin qeyd edib ki, Amerika hökuməti bu məlumatların yalnız təhlükəsizlik yoxlaması məqsədilə istifadə edəcəyini bildirir:

 

 "Amma burada risklər yaradır. Həmçinin sosial media məlumatlarının əldə edir. Bu formada təqdim edilməsi tələb olunur. Yəni, Amerika bunu tələb eliyir. Sosial media identifikatoru formasını təqdim etsə yaxşıdır. Yəni burada sən istifadəçinin şifrəsini yox, sadəcə hesabını alırsan. Bu ümumiyyətlə, çox yaxşı olardı ki, bu məlumatlar yalnız ABŞ yeni, Amerika Dövlət Departamenti və Amerikanın təhlükəsizlik naziri vasitəsilə istifadə edilsin ki, əgər həqiqətən burada təhlükə məsələsidirsə, bunu açıq yox, publik yox, sırf bu məqsədlə və burada təbii ki, anonimliyin qorunması şərtilə istifadə edilsin. Hüquqi meyarlar burada, ümumiyyətlə bu yoxlamalar Amerikanın milli təhlükəsizlik qanunları əsasında aparılır. Əgər elə aparılacaqsa, səlahiyyətlər təbii ki, tələbənin Amerikada ictimai təhlükə qiymətləndirmə hüququna malik olacaq. Bu da istifadəçilərin ictimaiyyət üçün əlçatan etdiyi məlumatlar araşdırılacaq, paylaşımları və qanunsuz yolla məlumat, əldə olunarsa və ya qanunsuz bir fəaliyyətlə məşğul olması varsa, təbii ki, bu da viza məsələləri çətinləşdirəcək. Bu kimi hallarda şəxsi ifadə azadlığı məhdudlaşdırılmamalıdır. Hətta Amerikanın öz konstitusiyasında belə qeyd olunur ki, fikirlərinə görə ayrı seçkilik Amerikada qadağandır. Ümumiyyətlə, bəzi hallarda müraciətçilər yoxdur, viza almaq üçün sosial media fəaliyyətləri süni intellekt və onların alqoritmləri ilə də analiz olunacaq. Məsələn, müəyyən şifrələrlə şübhəli sözlərdən artıq süni intellekt bunu analiz edə biləcək. Çünki texniki baxımdan sonra kritik hallarda insan resursları vasitəsilə fərdi şəkildə postlarla əlaqədar araşdırılacaq. Məsələn, bu post nə qədər uyğundur, necədir? Təhlükəsizlik baxımından əsas diqqət olunan meyarlar, ümumiyyətlə Amerika istəyir ki, Amerikaya qarşı nifrət, zorakılığa çağırış olmasın, radikal və ekstremist biletin ideologiyalar təbliğ olunmasın. Amerikada cinayətkar fəaliyyətə dair ipucular. Ümumiyyətlə, cinayətkar fəaliyyət Amerikada baş tutmasın. Saxta məlumat, yaxud da qızışdırıcı məlumatlara yol verilməsin. Amerikanın tətbiq etdiyi bu qaydaların məqsədi təhlükəsizlik məsələsi olsa da, şəxsi azadlıqlar və məxfilik hüquqları baxımından ciddi suallar doğurur. Ümumiyyətlə, tələbələrin sosial media hesablarını açıq saxlamaq tələbi onların viza şanslarını təyin edən əsas faktora çevrilə bilərsə, bu düzgün deyil və bu isə hüquqi və etik baxımdan da doğru deyil".

 

Ayşən Səlimova