Unudulmayan Ağrı: 3 İyul 1994

Bölmə: Sosial › ,
Tarix: 22:33 03.07.2025

 

1994-cü ilin 3 iyul günü Azərbaycanın paytaxtı Bakının metro yollarında qanlı izlər buraxıb. Axşam saat 20:30-da metronun "28 May" stansiyasından "Gənclik" stansiyasına hərəkət edən qatarın ikinci vaqonunda baş verən dəhşətli partlayış nəticəsində günahsız insanların həyatı faciə ilə sona çatıb. Bu, Azərbaycanın müstəqillik dövründə üzləşdiyi ən amansız terror aktlarından biri idi — ikinci dəfə metro hədəf seçilib.

 

Partlayış platformaya cəmi 500 metr qalmış baş verib. O an qatarda olan sərnişinlərin bir çoxu nə baş verdiyini belə anlamadan, bir göz qırpımında həyatını itirib və ya ağır xəsarət alıb. Qaranlıq tuneldə çarəsiz çığırışlar, panika və qan qoxusu bu faciənin nə qədər qəddarcasına planlaşdırıldığını göstərir idi.

 

Bəs bunları kimlər edib , niyə edib?Bu qədər insanın günahı nə idi , sadəcə orada olmaq mı?

 

" “28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi faktı ilə Azərbaycan vətəndaşı Azər Aslanov Moskvada həbs edilib. 1997-ci ilin 29 noyabr tarixində onu Azərbaycana ekstradisiya ediblər. 1998-ci ildə Aslanov bu terror aktını reallaşdırmaq göstərişini erməni əsirliyində olarkən Zori Balayandan aldığını deyib.Məhkəmə ona ömürlük həbs cəzası verib. İstintaq müəyyən edib ki, terror aktının təlimatçıları Ermənistanın xüsusi təyinatlı orqanlarının əməkdaşları polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sarkisyan olub. Aslanovun bəyanatına əsaslanaraq Azərbaycan məhkəməsinin qərarı ilə Balayana qarşı cinayət işi açılıb.1999-cu ildə Azərbaycan Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Z.Balayanı xüsusi təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa verib.Sonra isə Azərbaycan Prokurorluğu onu MDB ölkələrində dövlətlərarası axtarışa verib.Amma 2001-ci ildə İnterpol məsələyə yenidən baxaraq Balayanın adını axtarılan şəxslər siyahısından silib.

 

1994-cü ilin iyul ayının 3-də baş verən partlayış Bakı metrosunda ikinci terror aktıdır. Belə ki, 1994-cü il mart ayının 19-da da saat 13:00-da “20 Yanvar” metrostansiyasında partlayış olub. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb.Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb".

 

Unutmadıq. Unutmayacağıq. Unutdurmayacağıq.

 

 

Nəzrin Məmmədova