Stoltenberqdən Ukrayna mesajı

Bölmə: Siyasət › ,
Tarix: 20:50 05.07.2024

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO-nun Vaşinqtonda keçiriləcək Sammitinin ən mühüm gündəliyi həm Ukraynanın ən təcili ehtiyacları üçün müttəfiqlərin razılaşmaları, həm də bu ölkəyə uzunmüddətli dəstək olacaq.

 

 Müttəfiqlərin müharibə başlayandan bəri Ukraynaya hər il təxminən 40 milyard avroluq hərbi yardım etdiyini ifadə edən Stoltenberq, "Müttəfiqlərin sammitdə bu məbləğin gələn il də davam etdirilməsinə qərar verməsini gözləyirəm" deyib.

 

Mənbə: Hürriyet

Zəhra Həsənova