Ermənistan üçün əlçatmaz xəyal: Sülh prosesi necə inkişaf edəcək?-Deputat AÇIQLADI

Bölmə: Siyasət › ,
Tarix: 19:50 08.07.2024

Azərbaycan və Ermənistan dövlətləri arasında sülh müqaviləsinin əsas şərtlərindən biri olaraq Ermənistan konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına münasibətlərin dəyişdirilməsidir.

 

Bəs Ermənistan tərəfi bu addımı atacaqmı ?

 

Mövzu ilə bağlı Millət vəkili Naqif Həmzəyev "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycan sülhün əldə olunması üçün bütün mümkün variantları səfərbər edib:

 

"2024-cü ildən başlayaraq Ermənistan tərəfi reallıqları dərk etməyə başlayıb. Azərbaycan dövlətinin təklif etdiyi şərtlər əsasında 4 kəndin geri qaytarılması və sərhədlərin delimitasiya, demarkasiyası prosesinin şahidi olduq. Hazırda hər iki tərəfdən komissiyalar yeni delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsi ilə bağlı əsasnamənin hazırlanması işlərini həyata keçirirlər. 

 

Sülhün əldə olunması üçün bəzi irəliləyişlər əldə olunub. Yeni sülh mətni qarşı tərəfə göndərilib. Ermənistan 1 ay ərzində sülhün sənədinin imzalanma ehtimalının olduğunu bildirib. Azərbaycan və Ermənistan arasında sülhün imzalamasında əsas maneələrdən biri Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmasıdır".

 

Deputatın sözlərinə görə, Ermənistan konstitutsiyanda mütləq dəyişiklik olunmalıdır:

 

"Əlavə olaraq münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Ermənistan tərəfi adiyyatı qurumlara rəsmi müraciət etməlidir. Əgər iki dövlət arasında heç bir problem yoxdursa, Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdursa, münaqişə Ermənistan üçündə bitibsə, o zaman ATƏT-in Minsk qrupunun saxlanılmasına ehtiyac yoxdur. Azərbaycan tərəfi bu qurumun fəaliyyətini qəbul etmir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bu qurumun münaqişənin həllinə heç bir fayda vermədiyini qeyd edib. Bundan sonrakı mərhələlər var ki, Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların işə düşməsi və mərhələləri şəkildə Cənubi qafqazda "Qafqaz ailəsinin" formalaşdırılması, birgə yaşayın mümkün olması üçün digər həlli vacib olan məsələlərin reallaşdırılmasıdır.Ermənistan gözəl anlayır ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan dövlətin gələcəyi sual altındadır və inkişafdan söhbət belə gedə bilməz. Bu gün əldə olunması mümkün olan sülh, Ermənistan üçün vaxt gələr ki, əlçatmaz bir xəyala çevrilər".

 

 

Vüqar Alışov