Slovakiyanın baş naziri vəzifəsinə qayıdır

Bölmə: Siyasət › ,
Tarix: 23:05 08.07.2024

May ayında sui-qəsddən sağ çıxan Slovakiyanın baş naziri Robert Fikonun vəzifəsinə qayıtdığı bildirilib.

 

Ölkənin qərbində yerləşən “Agro Voderady” kənd təsərrüfatı müəssisəsinə baş çəkən Fico təsdiqləyib ki, Slovakiya bəzi Ukrayna məhsullarının idxalına qoyduğu qadağanı ləğv etməyi planlaşdırmır.

 

"Ukraynadan idxal etməyəcəyimiz məhsulların siyahısı qüvvədə qalır. Mən bu məsələni Ukrayna hökumətinin başçısı ilə bir neçə ay əvvəl müzakirə etmişəm və ona izah etmişəm ki, biz Slovakiyanın kənd təsərrüfatını Ukraynadan kənd təsərrüfatı məhsulları idxal etməklə məhv edə bilmərik”,- dedi.

 

O, Bratislavanın Ukrayna kənd təsərrüfatı məhsullarının üçüncü ölkələrə tranzit çatdırılması üçün dəhliz təmin etdiyini bir daha vurğulayıb. Slovakiya buğda, un, kəpək, qarğıdalı, şəkər, kolza, günəbaxan tumu, bal, soya və arpa da daxil olmaqla 14 Ukrayna kənd təsərrüfatı məhsulunun idxalını qadağan edib. Ölkə Aİ-nin daxili kənd təsərrüfatı bazarını ucuz idxaldan qorumaq üçün qərar qəbul etməsində təkid edir.

 

Mayın 15-də Slovakiyanın qərbindəki Handlova şəhərində Fikoya silahlı hücum olub. Siyasətçi güllə yarası alıb və bir neçə əməliyyat keçirib. 71 yaşlı Juraj Cintula siyasi motivli sui-qəsd cəhdində ittiham olunub. İyulun 4-də Slovakiyanın baş prokuroru Maros Zilinka bildirib ki, ittihamlar yenidən terror hücumuna cəhd kimi təsnif edilib.

 

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari