Üçtərəfli görüşün müzakirə məsələləri nələr olacaq?-Politoloqdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 15:04 10.07.2024

İyulun 10-da Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

 

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

 

Üçtərəfli bu görüşdə hansı məsələlər müzakirə oluna bilər ?

 

Siyasi şərhçi Kazım Kazımov "informator.az"a açıqlamasında üçtərəfli görüşdə hansı mövzuların müzakirə olunacağıyla bağlı fikirlərini qeyd edib.

 

"O bildirib ki, əlbəttə ki, üçlü görüşdə əsas müzakirə Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması, sənədlərin delimitasiyası prosesi olacaq.

Biz bilirik ki, sənədlərin delimitasiyası artıq gecikir. Bu proses İyul ayının əvvəlinə yekunlaşmalı idi, lakin Ermənistanın pozucu mövqeyi səbəbi ilə həyata keçirilmədi. Digər tərəfdən sülh müqaviləsinin imzalanması da gecikir. İrəvan hökumətinin danışıqları və əməlləri ayrı-ayrı mövqeləri təmsil edir. 

Artıq Antiterror əməliyyatından bir il, İkinci Qarabağ müharibəsindən dörd il keçib, buna rəğmən sülh müqaviləsi hələ də imzalanmayıb".

 

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olan səbəblər nələrdir ?

 

"Əslində bu müqavilənin imzalanmasına əngəl olan heç bir şey yoxdur. Ermənistanın Azərbaycan Konstitusiyasın dəyişməlidir kimi fikirləri ,sadəcə olaraq, vaxt qazanmaq üçündür. Onlar çalışırlar ki, özlərinə yaxın dairələrdə bu məsələni uzatsınlar. Amma biz necə torpaqlarımızı hərb yolunda azad etməkdə qərarlıydıqsa, diplomatik yollarla sülh müqaviləsinin imzalanmasına da qərarlıyıq. 

 

Ümid edirəm ki, Vaşinqton görüşündə bu məsələ ilə bağlı həll edici addımlar atılacaq".

 

 

Mayıl Soltanov