Qəzzaya hücumlar zaman alsa belə, məqsədə çatana qədər davam edəcək.-Netanyahu

Bölmə: Siyasət › ,
Tarix: 23:09 11.07.2024

İsrailin baş naziri Benyamin Netanyahu, zaman alsa belə, Qəzza zolağına "bütün məqsədlərinə çatana qədər" hücumlarını davam etdirəcəklərini bildirib.

 

İsrail Ordu tələbələrinin buraxılış mərasimində çıxış edən Netanyahu Qəzzaya hücumlar və əsir mübadiləsi danışıqları ilə bağlı qiymətləndirmələr edib.

 

Netanyahu, Qəzzaya hücumların nə qədər davam edəcəyi ilə bağlı sualların olduğunu, lakin "zaman alsa belə, qələbə qazanana qədər" bu hücumları davam etdirəcəklərini bildirib.

 

Qəzzada məhbus mübadiləsinin tərəfdarı olduğunu iddia edən Netanyahu, HƏMAS-ın "İsraili təhlükə altına salacaq" tələblərdə israrlı olduğunu iddia edib.

 

Netanyahu məhbus mübadiləsi üçün 4 şərtin olduğunu və bunlardan birinin “Filadelfiya dəhlizi” kimi tanınan Qəzzanın təhvil verilməsi olduğunu qeyd edib. Misir sərhədində İsrail işğalının davam etdiyini bildirib.

 

İsrail qüvvələri mayın 7-də Qəzzanın Misirə açılan yeganə qapısı olan Rəfahı işğal edib. Rəfaha qurudan hücuma keçərək bölgədə işğalını genişləndirən İsrail ordusu bu gündən etibarən Qəzzanın Misirlə sərhədini tamamilə ələ keçirib.

 

Mənbə : TRT XƏBƏR ( TRT HABER)

 

Lalə Qafarova.