Efiopiyada torpaq sürüşməsi: 229 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 21:45 24.07.2024

Efiopiyanın cənubunda baş verən sürüşmə nəticəsində ölənlərin sayının 229-a yüksəldiyi bildirilib.

 

Efiopiyanın cənubundakı Qofa bölgəsində baş verən sürüşmə nəticəsində ölənlərin sayının 229-a yüksəldiyi bildirilib .

 

Rəsmilərdən Misikir Mitiku dövlət televiziyasına verdiyi açıqlamada ölənlər arasında axtarış-xilasetmə qrupunun üzvlərinin ola biləcəyini bildirib.

 

Qofa qubernatoru Dagmawi Ayele bildirib ki, cəmiyyət bu cür fəlakətlərlə mübarizə aparmaq üçün daha yaxşı təchiz olunmalıdır.

 

Ayele, sürüşmə nəticəsində yaranan can itkisi, dağıntı və zərər üçün axtarış-xilasetmə və aşkarlama işlərinin davam etdiyini vurğuladı.

 

Efiopiyanın cənubunda sürüşmələr əsasən yağışlı mövsümdə, iyun-avqust aylarında baş verir.

 

Ötən gün Efiopiyanın cənubunda baş verən torpaq sürüşmələri nəticəsində azı 20 nəfərin öldüyü bildirilib.

 

Mənbə: NTV Haber

Zeynəb Mustafazadə