Okeanın dibində qara oksigen kəşf edildi

Bölmə: Dünya › ,
Tarix: 21:49 24.07.2024

Alimlər oksigenin Sakit Okeanın dibindəki zülmət qaranlıqda qəribə kartof formalı metal parçaları tərəfindən əmələ gəldiyini aşkar ediblər.

 

Şotlandiya Dəniz Elmləri Dərnəyinin tədqiqatçıların etdiyi kəşfin Yer kürəsində həyatın ilk dəfə necə başladığına dair anlayışı yenidən formalaşdıra biləcəyi bildirilir. Araşdırma qrupunun rəhbəri Andrew Sweetman, əldə etdikləri məlumatların fövqəladə olduğunu açıqlayaraq, "Əvvəlcə sensorların qırıldığını düşündük, çünki dərin dənizdə edilən hər bir araşdırmada istehsal deyil, yalnız oksigen istehlak edilirdi" dedi. 

 

Yalnız bitkilər və yosunlar kimi canlıların fotosintez yolu ilə oksigen istehsal edə biləcəyi düşünülürdü. Bununla belə, okean səthinin dörd kilometr altında günəş işığının çata bilmədiyi yerdə ilk dəfə olaraq tünd oksigen adlanan polimetal düyünlər adlanan kiçik mineral yataqlarının əmələ gəldiyi qeyd edildi.

 

Mənbə: Hüriyyet

Zeynəb Mustafazadə