“İsti hava beyin qanaması riskini artırır”-RƏY

Bölmə: Maraqlı › ,
Tarix: 18:53 26.07.2024

İsti hava xüsusilə piylənmə və yüksək təzyiq kimi sağlamlıq problemləri olan insanlar üçün ciddi risklər gətirir. Yay aylarında artan temperatur bədən istiliyinə nəzarəti çətinləşdirərək qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

 

Nevroloq Dr. Oğuzhan Onultan, "İsti havalarda damarlar daha çox gərginləşsə də, bu, beyin qanaması riskinin artmasına səbəb ola bilər. Bu səbəbdən isti havalarda sərin qalmaq, kifayət qədər su istehlak etmək və ağır fiziki fəaliyyətlərdən uzaq olmaq son dərəcə vacibdir" dedi.

 

Beynin qanaması; Beyindəki qan damarlarının qopması və qan beyin toxumasına sızması nəticəsində yaranan ciddi sağlamlıq problemidir. Bu, beyində təzyiqin artmasına və beyin hüceyrələrinin zədələnməsinə səbəb olur. Beyin qanaması, iflic, nitq pozğunluğu, yaddaş itkisi və hətta ölüm kimi ciddi nəticələrə səbəb ola bilər.

 

İLK MÜDAXİLƏ İLƏ BEYİN QANAMALARININ NƏZARƏT ALTINA ALINA BİLƏR

 

Nevrologiya Hissəsindən Dr. Oğuzhan Onultan beyin qanaması zamanı erkən müdaxilənin çox əhəmiyyətli olduğunu söylədi: Dr. Onultan, “Beyin qanaması zamanı erkən müdaxilə həyati əhəmiyyət daşıyır. Erkən diaqnoz və müdaxilə ilə beyin qanaması nəzarət altına alına bilər. Piylənmə və yüksək təzyiq kimi risk faktorları olan insanlar xüsusilə isti havalarda daha diqqətli olmalıdırlar. Semptomları tanımaq və dərhal tibbi yardım axtarmaq xəstənin sağ qalma və sağalma şansını xeyli artırır. Baş ağrısı, ürəkbulanma, qusma, huşunu itirmə, nitq pozğunluğu, qol və ya ayaqlarda qəfil halsızlıq kimi əlamətlər varsa, gecikmədən səhiyyə müəssisəsinə müraciət edilməlidir.

 

Mütəxəssis Dr. Oğuzhan Onultan beyin qanaması riskini azaltmaq üçün alına biləcək tədbirləri belə sıraladı: “Təzyiqə nəzarət: Yüksək qan təzyiqi beyin qanamasının ən çox görülən səbəblərindən biridir. Qan təzyiqinizi mütəmadi olaraq ölçməli və nəzarət altında saxlamalısınız.

 

Sağlam qidalanma və idman: Piylənmə yüksək təzyiqə səbəb olaraq beyin qanaması riskini artırır. Balanslaşdırılmış qidalanma və müntəzəm məşq çəkiyə nəzarət etməyə və qan təzyiqini tənzimləməyə kömək edir.

 

İsti havalarda diqqətli olun: İsti hava bədəndə susuzluğa və ya təzyiqin artmasına səbəb ola bilər. İsti havalarda bol su içmək və ağır fiziki fəaliyyətdən uzaq olmaq vacibdir.

 

Alkoqol və siqaretdən istifadənin azaldılması: Spirt və siqaret damar sağlamlığına mənfi təsir edir və beyin qanaması riskini artırır”.

 

"Beyin qanamasının müalicəsi qanaxmanın səbəbi, yeri və şiddətindən asılı olaraq dəyişir", - Mütəxəssis bildirib. Dr. Oğuzhan Onultan müalicə variantları ilə bağlı bu məlumatları verdi: “Qanaxmanın dayandırılması və beyindəki təzyiqin azaldılması üçün cərrahi müdaxilə tələb oluna bilər. Cərrahi müdaxilədən başqa beyin ödemini azaldan dərmanlar da istifadə edilə bilər. “Fizioterapiya, loqopedik və psixoloji dəstək xəstənin sağalma prosesini sürətləndirə bilər”.

 

Mənbə: Haber Türk

Tərcümə etdi: Aysel Ağakərimova