Sasondakı Zoveser dağı təbii gözəllikləri ilə ziyarətçiləri qarşılayır

Bölmə: Dünya › ,
Tarix: 19:17 26.07.2024

Batmanın Sason rayonunda 2700 hündürlükdə olan Zoveser dağı gözəl görünüşü ilə ziyarətçiləri qəbul edir.

 

Sason və Muş sərhədləri arasında yerləşən Zoveser dağı yay aylarında sərin havası, şəlaləsi və rəngarəng çiçəkləri ilə diqqət çəkir. Ziyarətçilərdən Tercan Baran hər il dağa çıxdığını və burada bitən dərman bitkilərini topladığını bildirib. Baran bölgədəki təbii gözəllikləri görməkdən həyəcanlandığını da vurğulayıb. Xüsusilə yay aylarında sərin havası və soyuq suyu ilə dağı bənzərsiz bir nemət olaraq gördüklərini deyən Baran hər kəsə bu təbii gözəllikləri görməyi tövsiyə edib.

 

Mənbə: Habertürk

Aytac Kərimova