Gender bərabərliyi yoxsa dəyişməyən ənənələr? -"Etiraf etmək lazımdır ki..."

Bölmə: Sosial › ,
Tarix: 22:38 26.07.2024

Ən qədim dövrlərdən qadının hüquqları tapdalanır, qadın-kişi ayrıseçkiliyi geniş yayılırdı. Zaman keçdikcə bu kimi hallar azalmağa başlasa da, hələ də yaşandığının şahidi oluruq. Eyni zamanda qadınlar hələ də bütün dünyada bərabərliyə nail ola bilmirlər.

 

Mövzu ilə bağlı hüquq müdafiəçisi Əsabəli Mustafayev "informator.az"a açıqlamasında bildirib ki, kişi qazanc gətirən olduğu üçün qadın üzərində dominatlıq edir:

 

"Qədim zamandan bəri kişilər ailənin təminatcısı olublar yəni ov ovlayıblar, əkin əkiblər, əldə etdikləri məhsulu, gəliri evdə ailə arasında bölüşdürüblər. Beləliklə də kişi qazanc gətirən olduğu üçün həmişə dominatlıq edib xüsusəndə, qadınlar üzərində. Qadın isə ancaq icraçı olub. Gələn məhsulu bişirmək, uşaqları saxlamaq bu kimi işlərlə məşğul olub. Buna görədə belə bir fikir formalaşdı ki, "qadınlar mətbəx üçün yaranıb. Qadınların şüuru kişilərin şüuruna çata bilməz". Əlbəttə, əslində belə deyildi.

Bu, uzun illər iqtisadi fəaliyyətlə, ailədə idarəçilik məsələləri ilə bağlı idi. Lakin zaman keçdikcə iqtisadi fəaliyyət dəyişildi. Artıq qadınlarda iqtisadi idarəçiliyə, biznesə, siyasətə, dövlət idarəçiliyinə cəlb olundular. Və onların da ciddi potensialları üzə çıxdı.

Etiraf etmək lazımdır ki, xüsusilə şərq ölkələrində qadına evin, mətbəxin bir hissəsi kimi baxılma şüuru hələdə qalıb. Orda qadınların tam cəmiyyətə, ictimai fəaliyyətlə məşğul olunması uğrunda mübarizə hələdə davam edir".

 

Ekspertin sözlərinə görə, qadın-kişi ayrıseçkiliyi daha çox ailədə müşahidə olunur:

 

"Ailə özü bir dövlətdir. Bu dövləti idarə edən bir nəfər olmalıdır. Demokratiya olmalıdır, ancaq idarəçilik də olmalıdır. Buna görədə daha çox bu təbliğ olunmalıdır ki, ailədə kişinin və ya qadınının üstün olmasından danışmaq lazım deyil.

Bizim incəsənətimiz, mədəniyyətimiz, tele verlişlərimiz, mətbuatımız ailədə qarşılıqlı hörməti aşılamalıdır. Bu qarşılıqlı hörmət olduqda, qarşılıqlı dəstək olduqda o zaman demək olar ki, gender bərabərlik təmin olunub. 

Qadın işləməlidir, evdədə müəyyən iş görməlidir, lakin belə bir təminat olmalıdır. Deyirlər "sən qadınsan, sən paltaryuyan deyilsən" bax belə bir şərait yaratmaq lazımdır ki, qadınların da əməyi məişətdə yüngülləşsin. O zaman qadın öz biliklərini yüksəltməklə laiq olduğu vəzifələri tutarlar. Və bu zaman demək olar ki, bizdə gender bərabərlik var".

 

Elnurə Kərimova