Almaniya Trampa ABŞ-ın Ukrayna ilə bağlı kursunu dəyişməyə icazə verib
Bölmə: Dünya › ,Tarix: 21:29 07.08.2024
Əgər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gəlsə, o, ABŞ-ın Rusiya ilə bağlı xarici siyasətini və Ukraynadakı münaqişəni dəyişə bilər.
"İnformator.az" xəbər veirir ki, bu fikirləri Bundestaqın deputatı Norbert Roetgen “Das Erste” telekanalının efirində deyib.
"Tramp qalib gəlsə, hamımız ABŞ-ın Rusiyaya və Ukraynadakı münaqişəyə münasibətdə kursunu tamamilə dəyişməyə hazırlaşmalıyıq", - siyasətçi qeyd edib.
Roetgenin sözlərinə görə, bu, “Tramp və onun tərəfdaşlarının Avropa problemlərinə “həddindən artıq diqqət yetirmək istəməməsi” ilə izah olunur.
Avqustun 2-də “The Financial Times” yazıb ki, Vaşinqtonun Ukrayna ilə bağlı siyasətində kəskin dəyişikliklərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən Avropa Komissiyası Trampın dövlət başçısı postuna mümkün qayıdışına hazırlıq üçün xüsusi işçi qrupu yaradıb.
Banuçiçək Kalbalıyeva