Qəzzada hökumət: Əl-Məvasi qırğınında bəzi cəsədlər tamamilə əriyib

Bölmə: Dünya › ,
Tarix: 21:36 10.09.2024

Bildirilib ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində “təhlükəsiz” olduğu iddia edilən Əl-Məvasi bölgəsində köçkün mülki şəxslərin qaldığı çadırlara təşkil etdiyi hücumda, bombanın şiddətindən bəzi cəsədlər əriyib və heç bir iz qalmayıb.

Qəzzada hökumət Media Ofisindən verilən yazılı açıqlamada, Əl-Məvasi qətliamında ölənlərlə bağlı Media İdarəsi və Səhiyyə Nazirliyinin açıqladığı rəqəmlərin bir-biri ilə ziddiyyət təşkil etdiyinə dair mətbuatda xəbərlərin getdiyi diqqətə çatdırılıb.

İsrail müharibə  təyyarələrinin  Xan Yunusda mülki şəxslərə qarşı törətdiyi qətliamda ölümlərlə bağlı heç bir ziddiyyət olmadığı vurğulanıb və belə deyib : Səhiyyə Nazirliyi, bu xəstəxanalara çatan nömrələrə əsaslanır. “Media İdarəsi qətliamda şəhid olanların ümumi sayını təsdiq edib və verib".

Buna görə də Media İdarəsinin açıqladığı məlumatda ölənlərin sayına həm xəstəxanalara çatanların, həm də dağıntılar altından hələ çıxarılmayanların olduğu bildirilib və aşağıdakılar qeyd edilib:

“Xan Yunusun Əl-Məvasi bölgəsində baş verən qırğında 40 nəfər şəhid olub, 60-dan çox insan yaralanıb.Şəhid  olanlardan 19-u xəstəxanalara çatdırılsa da, hələ də xəstəxanalara aparılmayan 22 şəhidin adını dəqiqləşdirmişik. Çünki işğalçıların istifadə etdiyi nəhəng bombalar köçkün dinc əhalinin arasına düşürdü. Bu səbəbdən də bombanın düşdüyü yerdə tapılan insanların cəsədlərindən əsər-əlamət qalmayıb”.

Nəhəng bombaların düşməsindən sonra 3 partlayışın meydana gəldiyi ifadə edilən açıqlamada, "Bombardmanda və ondan sonrakı 3 partlayışda ərimiş cəsədlərin heç bir izinə rast gəlmədik. Başqa sözlə, partlayışın baş verdiyi yerdə heç bir cəsəd tapılmadı. Bombalar düşüb və bölgədə axtarış işləri davam edir” fikirlərinə yer verilib.

İsrail döyüş təyyarələri Xan Yunisin qərbində "təhlükəsiz" olduğu iddia edilən Əl-Məvasi bölgəsində didərgin düşmüş mülki şəxslərin qaldığı çadırlara hücum edib.

Hücumun şiddəti nəticəsində bölgədə 3 metr dərinlikdə çala əmələ gəldiyi, ən azı 20-40 çadırın yandırıldığı və ya dağıdıldığı, çoxlu sayda insanın qumun altında qaldığı bildirilib.

Hökumətin Qəzzadakı Media Ofisi hücumda 40 nəfərin öldüyünü açıqlasa da, Səhiyyə Nazirliyi ölənlərin sayının 19 olduğunu açıqlayıb.

Mənbə : TRT Haber

Lalə Qafarova