ABŞ İrandan ABŞ hərbi bazalarına hücum etməməyi xahiş edir
Bölmə: Dünya › ,Tarix: 21:30 03.10.2024
ABŞ oktyabrın 1-də İsrailə raket hücumundan bir müddət əvvəl İrandan ABŞ hərbi bazalarına hücum etməməsini istəyib. Bu barədə İraqın Baghdadtoday portalı məlumat yayıb.
“Vaşinqton İranın və ya ona yaxın qrupların Amerika bazalarına hücum edə biləcəyindən narahat idi. Birləşmiş Ştatlar hadisələrin istənilən sürətli inkişafına hazırlıq üçün bütün ehtiyat tədbirləri görüb”, – portal mənbəyə istinadən yazır.
Bundan əlavə, portalın həmsöhbəti əlavə edib ki, Amerika tərəfi İranın raket imkanlarından narahatdır. Xüsusilə hipersəs silahları xüsusi narahatlıq doğurur.
Daha əvvəl Reuters mənbələrinə istinadən xəbər vermişdi ki, Körfəz ölkələri İranın İsrailə zərər vermək üçün onların neft obyektlərinə hücum edə biləcəyi qorxusu fonunda İranı neytrallığına əmin ediblər. Eyni zamanda, region ölkələri bu cür qorxuları rəsmən təkzib edərək, onların Tehranın hədəfi olmadığını bildiriblər .