Tramp: Qəzzada atəşkəs razılaşması gözlənilir

Tarix: 23:56 10.07.2025
ABŞ Prezidenti Donald Tramp bildirib ki, gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilər. O, HƏMAS-ın təklifə müsbət cavabını alqışlayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az" a açıqlamasında bildirib ki, Xoş gördük, siyasi şərhçi Azər Həsrət İndiki şəraitdə İsrailin atəşkəsə ehtiyacı yoxdur:
"Çünki İsrailin son məqsədi Qəzzanı ərəblərdən təmizləmək, orda sıfırdan yeni bir Qəzza qurmaq, öz nəzarətində idarə etməkdir. Bu gün əgər İsrail soyub quyruğa doğru gəlib çıxıbsa, indi atəşkəs elan edib işi yarıda çətin ki, buraxsın. İsrailin atəşkəsə ehtiyacı yoxdur. Hətta atəşkəslə bağlı danışıqlar aparılsa, razılıq əldə edilsə də, yenidən onun pozulacağını görəcəyik. Onsuzda bundan qabaq da atəşkəslə bağlı danışıqlar aparılıb, razılıqlar əldə edilib və atəşkəs pozulub. Müharibə daha şiddətlə davam edib. Yəni o baxımdan İsrail bu dəqiqə atəşkəsi istəməyən tərəf kimi nəzərə çarpır. Əsas məqsədi Qəzzanı təmiz ərəblərdən təmizləyib, öz bildiyi kimi qurub, yaratmaqdır. Həmas İsrailin əlini oynayır, ümumiyyətlə, guya müsəlmanların ərəblərin haqlarını, hüquqlarını qoruduğunu iddia edir. Amma əslinə qalanda İsrailin əlini oynayır.Elə olmasaydı, 2023-cü ilin yeddi oktyabrında Həmas durub durduğu yerdə dinc insanlara qarşı böyük terror əməlini həyata keçirməzdi heç bir zərurət yox idi ona, amma həmin hadisə nəyə gətirib çıxardı ki, ona gətirib çıxardı ki, İsrail bütün cəbhə boyu hücuma keçib və Qəzzanı ərəblərdən faktiki olaraq təmizləyib. Kim verdi bu bəhanəni? Həmas verib. Həmasın quranların doğrudan ağlı kəsmirdi ki, belə bir şey onların fəlakətinə səbəb ola bilər. Təbii ki, kəsirdi. Sadəcə olaraq İsrailin əlinə oynadıqlarına görə bu bəhanəni verdilər".
O həmçinin açıqlamasında bildirib ki, əgər doğrudan da bir atəşkəs olarsa, doğrudan da sülh danışıqları, masa arxasında müzakirələr olar və silahlar susarsa, əlbəttə ki, bu, Yaxın Şərqdə vəziyyətin ciddi şəkildə dəyişməsinə səbəb olacaq:
"Amma unutmayaq ki, İsrailin davası təkcə Qəzzada deyil. İsrail müharibəni demək olar ki, bütün qonşu ölkələrlə aparır. Hətta bir müddət öncə hamımız gördük İranla belə müharibə aparıb. İsrail və buna gücü də çatıb. Yəni İsrailin Qəzzada dayanıb başqa yerlərdə dayanmaması ilə müharibənin davam etməsi deməkdir. Bu məsələyə kompleks yanaşma tələb olunur".
Ayşən Səlimova