Marburq virusu nədir və necə ötürülür? İlk dəfə nə vaxt ortaya çıxdı?
Bölmə: Dünya › ,Tarix: 23:28 03.10.2024
Səhiyyə orqanları sürətlə yayılan və ciddi təhlükə yaradan Marburq Virus Xəstəliyindən təşvişə düşüb.
Ruandanın Səhiyyə Nazirliyi ölkədə ilk Marburq epidemiyasını təsdiqlədi, hallar yeddi fərqli rayonda aşkar edildi. Bəs Marburq virusu nədir, ilk dəfə nə vaxt aşkar edilib, onun əlamətləri və ondan qorunma yolları hansılardır?
Marburq virusu Ebola virusu ilə eyni filoviruslar ailəsinə aid olan yüksək yoluxucu və öldürücü patogendir. Virus insandan insana sürətlə yayıla bilir və yoluxanların yarısını öldürmək potensialına malikdir. Bu ölüm nisbəti epidemiyanın şiddətindən və reaksiya prosesindən asılı olaraq dəyişə bilər. Marburq virusu yüksək hərarət, qusma, şiddətli əzələ ağrıları, qanaxma pozğunluğu və ishal kimi əlamətlərlə özünü göstərir.
Marburq virusu ilk dəfə nə vaxt meydana çıxdı?
Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Frankfurt və Marburq şəhərlərində və Serbiyanın paytaxtı Belqradda ortaya çıxıb. Bu epidemiyada virus Afrikadan gətirilən yaşıl meymunlarla əlaqələndirildi. Marburq virusundan 7 nəfər ölüb. Sonrakı illərdə Afrika meyvə yarasalarının virusun təbii daşıyıcısı olduğu açıqlandı. Xüsusilə uzun müddət mağaralarda qalan insanlarda virusa yoluxma ehtimalının artdığı bildirilib.
Mənbə: TRT Haber
Mehriban Nəsibova