Erməni və rus əsgərləri Türkiyə və İran sərhədlərində birgə xidmət edəcək
Bölmə: Dünya › ,Tarix: 22:36 08.10.2024
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları 2025-ci il yanvarın 1-dən etibarən Türkiyə-Ermənistan və Ermənistan-İran sərhədlərində Rusiya Sərhəd Qoşunları ilə birgə fəaliyyət göstərəcək.
Ermənistan Baş Nazirliyinin mətbuat katibi Nazeli Bağdasaryan Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşlə bağlı Facebook sosial media hesabında açıqlama verib.
Görüş zamanı enerji, təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə edildiyini qeyd edən Baqdasaryan bəyan edib ki, Putin və Paşinyan arasında hazırda Rusiya Sərhəd Mühafizəsi tərəfindən həyata keçirilən sərhəd mühafizə xidmətlərində dəyişikliklər edilməsi barədə razılıq əldə olunub.
Baş nazirliyin sözçüsü 1992-ci ildən rus əsgərləri tərəfindən Ermənistan Milli Təhlükəsizlik Təşkilatının Sərhəd Qoşunlarının Ermənistan-Türkiyə və Ermənistan-İran dövlət sərhədlərinin və sərhəd-keçid məntəqəsindəki xidmətlərin mühafizəsində iştirakına dair razılıq əldə edildiyini bildirib.
Baqdasaryan öz paylaşımında deyib: “Ermənistan-İran dövlət sərhədindəki keçid məntəqəsində xidməti tamamilə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidmətinə tabe olan Sərhəd Mühafizəsi bölmələri həyata keçirəcək”.
Mətbuat katibi onu da qeyd edib ki, Paşinyan görüş zamanı Putinə Ermənistanın “Sülh qovşağı” layihəsinin təfərrüatlarını təqdim edib.
NƏ OLDU?
İki ölkə arasında əldə olunan razılığa əsasən, Rusiya Sərhəd Qoşunlarının Zvartnots Beynəlxalq Hava Limanında həyata keçirdiyi xidmətlər avqustun 1-dən Ermənistan Sərhəd Qoşunlarına verilib.
Rusiya Sərhəd Qoşunları 1992-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış müqaviləyə əsasən Ermənistan-Türkiyə və Ermənistan-İran dövlət sərhədlərinin mühafizəsi vəzifəsini yerinə yetirir.
Mənbə: Haber 7
Aslanova Fatimə