Netanyahunun Hizbullah ilə mümkün atəşkəslə bağlı bəyanatı
Bölmə: Dünya › ,Tarix: 22:05 31.10.2024
İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, Hizbullahla istənilən atəşkəsdə "İsrailin bunu həyata keçirmək qabiliyyətinə malik olması vacibdir".
Baş nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Netanyahu Qərbi Qüdsdə ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteyn və Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika koordinatoru Brett Makqurk ilə görüşüb.
Görüş zamanı Netanyahu “Hizbullah”la mümkün atəşkəs barədə deyib:
“Əsas məsələ kağız üzərində olan bu və ya digər razılaşma deyil, İsrailin razılaşmanı həyata keçirmək qabiliyyəti və Livandan onun təhlükəsizliyinə hər hansı təhlükənin qarşısını almaqdır. Bu sakinlərimizin sağ-salamat evlərinə qayıtmalarını təmin edəcək” dedi.
Netanyahu oktyabrın 29-da nazirlər və yüksək rütbəli hərbi rəsmilərlə Livanda Hizbullah ilə münaqişələrin diplomatik həlli yollarını müzakirə edib.
Yerli mətbuata danışan adı açıqlanmayan bir İsrail rəsmisi İsrail ordusunun Livandakı qurudan hücumlarının "sona çatmaq üzrə olduğunu" iddia edib.
Sözügedən rəsmi İsrail ordusunun Livandakı quru hücumlarını “1-2 həftə ərzində” dayandıra biləcəyini iddia edib.
Livanın baş naziri Nəcib Mikati dünən yerli televiziyaya verdiyi açıqlamada, İsrail və Hizbullah arasında "yaxın günlərdə və ya saatlarda" atəşkəsin əldə oluna biləcəyini bildirib.
Mənbə: Habertürk
Elnurə Kərimova