İslam təşkilatları Qəzzada soyqırımı dayandırmaq üçün “səfərbərliyə” çağırır
Bölmə: Dünya › ,Tarix: 09:35 10.10.2024
Müxtəlif ölkələrdəki 16 İslami qeyri-hökumət təşkilatı ərəb və islam ölkələrinin liderlərini İsrailin bir ildən artıqdır Qəzzada həyata keçirdiyi soyqırımı dayandırmaq üçün “səfərbərliyə” çağırıb.
Fələstin Alimlər Komitəsi, Tək Ümmət Komitəsi, Eritreya Alimlər Birliyi, Sünni Alimlər Dərnəyi, Əlcəzairdə Maali Elm və Təhsil, Təhsil Assosiasiya, Livanda Dəvətçilər Şurası və İraq Qüds Dəstəyi Koalisiyası da daxil olmaqla 16 İslam təşkilatı “Taşqın Alimlərinin Bəyannaməsi” adlı birgə bəyanat yayıb.
Bəyanatda, HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə bazar ertəsi yayımladığı videomüraciətdə İslam dünyasının alimlərinə müraciət edib.Qəzzailə həmrəyliklərini artırmaq çağırışına istinad edilib.
“Fələstində müsəlmanlar hər vasitə ilə dəstəklənməlidir”
Bəyannamədə aşağıdakı ifadələr yer alıb:
"Dənizdən çaya qədər bütün Fələstin bütün müsəlmanların torpağıdır və heç kimin bu torpağın bir qarışını belə qurban verməyə və ya ondan imtina etməyə haqqı yoxdur. Məscidül-Əqsa bütün hissələri ilə birlikdə, ərazi, yuxarı və aşağı bütünlüklə müsəlmanlara məxsusdur və başqalarının orada heç bir haqqı yoxdur".
Bəyannaməni imzalayan islam təşkilatları İsrailin bir ildən artıqdır Qəzzada həyata keçirdiyi soyqırımı dayandırmaq və müqəddəs yerləri azad etmək üçün ərəb və islam ölkələrinin liderlərini “səfərbərliyə” çağırıb, hərbi müdaxilə istəyib.
Bəyannamədə, səfərbərlik mümkün olmadıqda Fələstindəki müsəlmanlara hər vasitə ilə dəstək verilməsi,İsrailSiyasi və kommersiya əlaqələrinin kəsilməsi, normallaşma müqavilələrinin ləğvi tələb olunub.
Mənbə: TRT Haber
Fidan Fərhadlı