ABŞ-ın Tokiodakı səfiri Çinə qarşı “NATO kimi” ittifaq yaratmağı təklif edir

Bölmə: Dünya › ,
Tarix: 18:43 10.10.2024

ABŞ-ın Tokiodakı səfiri Rahm Emanuel ABŞ və müttəfiqlərinə Çinə iqtisadi cəhətdən qarşı çıxmaq üçün “NATO kimi” ittifaq yaratmağı təklif edib.

Wall Street Journal (WSJ) üçün yazdığı məqalədə Emanuel "ortaq mövqe ilə Çinin iqtisadi təzyiqlərinə qarşı çıxmaq üçün" qurula biləcək ittifaq haqqında açıqlamalar verib.
ABŞ prezidenti Co Bayden administrasiyasının Hind-Sakit okean regionunda çoxtərəfli təhlükəsizlik tərəfdaşlıqlarını genişləndirmək yanaşmasının təsirli olduğunu bildirən Emanuel, Çinin təzyiqlərinin iqtisadi tədbirlərlə qarşısı alına biləcəyini bildirib.

Emanuel bu kontekstdə "NATO-ya bənzər" ticarət və müdafiə ittifaqının yaradılmasının zəruriliyinə diqqət çəkib və həmfikir ölkələrin daha sıx işləməsinin vacibliyini vurğulayıb.

Alyansın təsirli olması üçün Şimali Atlantika Müqaviləsi maddəsinə bənzər bir maddənin NATO üzvü olan ölkələrin hücuma məruz qalan hər hansı üzv ölkəyə yardım etməsini şərtləndirdiyini qeyd edən Emanuel, tətbiq edilən yüksək gömrük rüsumları ilə qarşı-qarşıya qalan Avstraliyanın Covid-19 epidemiyasından sonra Çin tərəfindən müttəfiqlərinin köməyi ilə Çindən iqtisadi asılılığını azaltdığını söylədi.
Yaponiyanın baş naziri İşiba Şiqeru oktyabrda seçildikdən sonra etdiyi çıxışında “Asiyada NATO kimi bir ittifaqın yaradılmasını” təklif edib.

Mənbə: Habertürk
Elnurə Kərimova