Milton qasırğası: ABŞ-da ən azı 16 nəfər ölüb, 3 milyondan çox ev işıqsız qalıb
Bölmə: Dünya › ,Tarix: 23:33 11.10.2024
İntensivliyi bir anda 5-ci kateqoriyaya yüksələn Milton qasırğası cümə axşamı günü gücünü itirərək ABŞ-ın Florida ştatına çatıb.
Floridaya çatanda üçüncü kateqoriyaya düşən qasırğa sahilə çıxdıqdan təxminən 90 dəqiqə sonra ikinci kateqoriyaya düşüb. Qasırğanın yaratdığı küləyin sürəti saatda 165 km-ə düşüb.
Bununla belə, rəsmilər xəbərdarlıq edib ki, onun kateqoriyası azalsa da, Milton qasırğası hələ də böyük dağıntılara səbəb ola bilər.
ABŞ-da qasırğa nəticəsində indiyədək ən azı 16 nəfərin öldüyü bildirilir.
Milton qasırğası Atlantik okeanına doğru irəliləyib, lakin quruda qasırğalı küləklər və güclü yağışlar gözlənilir. Qasırğalar nəticəsində dəniz suyunun basması ilə bağlı xəbərdarlıq edilir.
Rayonda 3 milyondan çox ev elektrik enerjisi ala bilmir.Qərbdə bəzi rayonlarda suyun verilişində fasilə yaranıb.
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) ilk olaraq Milton qasırğasının intensivliyini 5-ci kateqoriya olaraq elan etdi.
Qasırğadan zərər çəkə biləcək insanların gündəlik ehtiyaclarını qarşılamaq üçün də hazırlıq işləri görülür.
Mənbə:Trt haber
Aslanova Fatimə