İran ABŞ-a hansı təqdirdə məsələni bağlayacağını bəyan etdi?

Bölmə: Dünya › ,
Tarix: 20:11 14.10.2024

Tehran administrasiyasının ABŞ-a İsrailin İrana mümkün əks-hücumunu "məhdudlaşdıracağı" təqdirdə məsələni bağlayacağı mesajını verdiyi iddia edilib.

İsrailin "Reshet Bet" radiosunda yayımlanan xəbərdə Tehran rəhbərliyinin İsrailin İrana mümkün hücumu ilə bağlı üçüncü ölkə vasitəsilə ABŞ-a mesaj göndərdiyi iddia edilib.

Adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə İsrailin İrana mümkün hücumu "məhdud" olarsa, Tehran administrasiyasının "məsələni bağlayacağı" iddia edilib.
İsrail aprelin 1-də Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğunu hədəfə alıb və İran İsrailə raketlər və kamikadze pilotsuz uçuş aparatları ilə cavab verib.

ABŞ-ın təzyiqi ilə İsrailin bu hücuma sərt cavab vermədiyi bildirilib.
İsraildən sərt cavab gəlmədiyi üçün aprelin 19-da Təl-Əvivin “kiçik miqyaslı cavab tədbiri”nə İran cavab vermədi.

İran sonuncu dəfə oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücuma cavab verəcəyini açıqlayıb.

Mənbə: Habertürk
Elnurə Kərimova