Adı xarici, özü yerli olan məhsullar...

Bölmə: İqtisadiyyat › ,
Tarix: 20:24 18.10.2024

Əksər vaxt xarici məhsul adı ilə alırıq, amma məlum olur ki ölkəmizdə istehsal olunur. Əksəriyyət istər qida, istərsə də qeyri-qida məhsullarını alarkən bu kimi hallara çox rast gəlib.

Bəs, yerli məhsulu xarici mal kimi təqdim etməkdə məqsəd nədir?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, alıcını aldatmaq məqsədi ilə yerli mal xarici məhsul kimi təqdim olunmur:

 

"Sadəcə ola bilsin ki, şirkət həm də ixracat etmək istəyir. Ona görə də məhsulun brendin ingiliscə fikirləşir. İstənilən halda istəyir yerli, istəyir xarici məhsulun təsviri azərbaycan dilində məhsulun üzərində olmalıdır. Hətta xaricdən idxal olunan məhsul(məsələn dərman)belə gəlsə içərisində Azərbaycan dilində resept olur. Bəzi hallarda məhsulun xarici mal kimi də satışı ola bilir. O da bizim öz vətəndaşlarımızın, alıcılarımızın sayəsində olub. Xarici mala daha çox üstünlük verdiyimizdən satıcı da bu yol ilə məhsulun satmağa çalışır".

 

Mehriban Nəsibova