Kartdan karta pul köçürən zaman komissiya haqqı tutulmasının səbəbi nədir?
Bölmə: Sosial › ,Tarix: 20:10 12.11.2024
Kartdan karta istənilən məbləğdə pul köçürmək bəzən mümkün olmur .
Son zamanlar vətəndaşlar kartdan karta istədikləri miqdarda komissiyasız pul köçürə və ya nağdlaşdırma edə bilmirlər.
Bəs kartdan karta istənilən miqdarda pul köçürmək niyə mümkün deyil?
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "informator.az"a açıqlamasında bildirib ki, kartdan karta əməliyyat bankların xidmətindədir:
"Banklar istədiyi həcimdə, limitdə, məbləğdə pullu və ya pulsuz etməkdə sərbəstdirlər. Kartdan karta əməliyyatlar müəyyən məbləğə qədər pulsuzdursa o demək deyil ki, bu xərcsiz prosesdir. Bu proseslər banka müəyyən xərclərə baha başa gəlir".
İqtisadçının sözlərinə görə, bankların kartdan karta müəyyən qədər pulsuz etməsinin səbəbi müştəri cəlb etməkdir:
" Kartlardan digər əməliyyatlar zamanı banklar pul qazana bilirlər. Bu xidməti pulsuz təklif edən müştəri daha çox bankın kartından istifadə etməlidir. Amma bank ömürlük öhdəlik də götürmür ki, məsələn müəyyən məbləğə qədər həmişə pulsuz olacaq".
Mehriban Nəsibova