Termometr nazirlik əməkdaşlarını hərəkətə keçirdi
Bölmə: Hadisə › ,Tarix: 14:10 25.08.2015
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 12:35-də başa çatıb.