Yod çatışmazlığı zobun yaranmasına səbəb ola bilər

Tarix: 19:45 12.03.2025
Endokrinoloq Lamiyə Nəbibəyli “İnformator.az”a açıqlamasında qalxanabənzər vəzi xəstəlikləri və onların yaranma səbəbləri barədə danışıb. Onun sözlərinə görə, zob xəstəliyi əsasən viruslar, iltihab, yod çatışmazlığı və genetik faktorlarla bağlı yaranır:
“Qalxanabənzər vəzinin həcminin normadan artıq olması zob hesab edilir. Adətən, bu vəzi 18-20 mm ölçüsündə olur. Lakin müxtəlif səbəblərdən vəzi böyüyə bilər. Məsələn, torpağında və suyunda yod olmayan ərazilərdə yaşayan insanlarda yod çatışmazlığı daha çox müşahidə edilir. Normalda insan orqanizmi gündə 100-150 mikroqram yod qəbul etməlidir. Hamilə qadınlarda bu göstərici 250 mikroqrama, yeniyetmələrdə isə 200 mikroqrama qədər artır. Əgər orqanizmdə yod çatışmazlığı olarsa, qalxanabənzər vəzinin həcmi böyüyür və bu da zob xəstəliyinə səbəb olur”.
Onun sözlərinə görə, dövlət proqramı çərçivəsində duzun yodlaşdırılması həyata keçirilir və bu, problemin müəyyən qədər azalmasına səbəb olub. Lakin yodlaşdırılmış duzdan istifadə edən insanlarda belə, 90% hallarda yod çatışmazlığı müşahidə edilir:
“Müayinə zamanı həm ultrasəs (UZİ), həm də qanda hormon analizləri aparılmalıdır. Eyni zamanda, pasiyentin ailəsində bu xəstəliyin olub-olmadığını da öyrənmək vacibdir. Çünki bəzi hallarda xəstəlik genetik ola bilər. Xüsusilə, zəhərli zobdan əziyyət çəkən şəxslərə həddən artıq yod istifadəsi tövsiyə edilmir. Balıq məhsulları, süd məhsulları, xurma, feyxoa, qoz kimi yodla zəngin qidalardan uzaq durmaq lazımdır. Həmçinin brokoli və kələm kimi tərəvəzlər də yodu özündə topladığı üçün bu məhsullara qarşı ehtiyatlı olmaq vacibdir”.
Asiya Zeynallı

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Uşaq əməyinin istismarı və onun müəyyən edilməsi üzrə indikatorlar” mövzusunda təlimçilər üçün bir günlük təlim keçirilib.