Tramp sabah Putinlə danışacaq

Tarix: 16:31 17.03.2025
ABŞ Prezidenti Donald Tramp sabah Putinlə Ukrayna və Rusiya arasında sülh danışıqları ilə bağlı danışacağını açıqlayıb.
Tramp Floridadan Vaşinqtona gedən təyyarədə jurnalistlərə açıqlamalar verib.
Prezident Tramp: "Çərşənbə axşamına qədər açıqlayacaq bir şeyimiz olub-olmadığını görəcəyik. Çərşənbə axşamı Prezident Putinlə danışacağam. Həftə sonu çox iş görüldü. Biz bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik" , - dedi. Tramp həmçinin bəyan edib ki, o, Putinlə “torpaq” və “elektrik stansiyaları” haqqında da danışacaq.
Mənbə:TRT Haber
Aytən Ağazadə