"İsrail vədlərini pozdu, Qəzzada soyqırım yenidən başladı"

Tarix: 21:31 18.03.2025
HAMAS bəyan edib ki, “İsrail verdiyi vədlərə əməl etməyib və atəşkəsdə vasitəçilik edən ölkələr qarşısında öhdəliklərini yerinə yetirməyərək Qəzza zolağında Fələstin xalqına qarşı soyqırımını yenidən başlayıb".
HAMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk verdiyi yazılı açıqlamada, "İsrailin baş naziri Binyamin Netanyahu nəinki ərzaq və dərmanların girişini əngəllədi, həm də Qəzzalı uşaqları yatarkən bombalayaraq öldürdü", - deyə ifadə edib.
Rişk əlavə edib ki, "İşğalçı güc İsrail dünyanın və vasitəçi ölkələrin gözü qarşısında verdiyi vədlərə əməl etmədi və öhdəliklərini yerinə yetirmədi".
Netanyahunun Qəzzaya hücumlarını “özünü daxili böhranlardan xilas etmək üçün” başladığını ifadə edən Rişk bildirib ki, “Netanyahunun döyüşə qayıtması İsrailli məhbusları qurban vermək və onlara ölüm cəzası vermək qərarıdır”.
Ərəb və İslam ölkələrinə və beynəlxalq ictimaiyyətə müraciət edən Rişk, “Nasist-sionist vəhşiliyinə və dinc əhalinin soyqırımına” son qoymağa çağırıb.
Rişk həmçinin vasitəçi ölkələri “Netanyahunun atəşkəs razılaşmasına vurduğu zərbə ilə bağlı həqiqəti üzə çıxarmağa və Qəzzada, eləcə də regionda alovu alovlandıran Netanyahunu məsuliyyətə cəlb etməyə” çağırıb.
Hamas rəsmisi İsrailin öz məqsədlərinə çata bilməyəcəyini bildirərək, “Düşmən onlara danışıqlar yolu ilə nail ola bilməyəcək, onlar da müharibə və dağıntı yolu ilə nail ola bilməyəcəklər", - deyə bildirib.
Rişk ərəb və İslam icmalarını və “dünyanın azad insanları”nı “İsrailin Qəzza zolağında fələstinlilərə qarşı soyqırımını yeniləməsini rədd etmək üçün küçələrə çıxaraq meydanlarda nümayiş keçirməyə” çağırıb.
200-dən çox fələstinli həlak olub
İsrailin Qəzza zolağına atəşkəsi pozan hücumları nəticəsində 200-dən çox fələstinli həlak olub.
Bildirilib ki, İsrail ordusu məcburi köçkün fələstinlilərin çadırları, sığındıqları məktəblər və mülki şəxslərin evləri də daxil olmaqla Qəzza zolağını intensiv şəkildə bombalayıb.
İsrail ordusu siyasi eşalonun göstərişinə uyğun olaraq Qəzzaya genişmiqyaslı hücumları bərpa etdiyini açıqlayıb.
İsrail Baş nazirliyindən verilən açıqlamada, hücumların baş nazir Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katzın əmri ilə həyata keçirildiyi bildirilib.
Atəşkəsi pozan İsrailin HAMAS-a qarşı “artan hərbi güc”lə hərəkətə keçəcəyi bildirilirdi.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli